Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:38
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:34 16.11.2020

94 sakin həlak olub, 414 nəfər yalanıb

Azərbaycan Baş Prokurorluğu cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı bu gün, noyabrın 16-da növbəti açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən etibarən Azərbaycan tərəfdən 94 sakin həlak olub, 414 nəfər yalanıb: "Ümumilikdə 3410 yaşayış evi, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb".

18:55 15.11.2020

Azərbaycan və Rusiya nazirləri danışıblar

Ceyhun Bayramov və Sergey Lavrov, Moskava, 21 oktyabr 2020
Ceyhun Bayramov və Sergey Lavrov, Moskava, 21 oktyabr 2020

Bu gün, noyabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.”,XİN bildirir

Məlumata görə, nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Lavrov daha sonra Ermənstanın xarici işlər naziri ilə də danışıb. Rusiya XİN-in rəsmi internet saytında yer alan xəbərdə qeyd olunur ki, Lavrov noyabrın 9-da imzalanan sənəddə yer alan məsələlərin gedişi ilə bağlı erməni həmkarını məlumatlandırıb.

17:09 15.11.2020

Müsavat başqanı Amnistiya qanunun qəbulunu təklif edir

Arif Hacılı, arxiv foto
Arif Hacılı, arxiv foto


“Humanistlik yalnız ölkəmizi yağmalayanlara aiddir?”

Bu sualı isə Kəlbəcər rayonun boşaldılması ilə bağlı Ermənistan tərəfinə əlavə 10 gün verilməsinə münasibət bildirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı ifadə edib.

O daha sonra məsələ ilə bağlı Azadlıq Radiosuna açıqlamasında deyib:

“17 noyabr Milli Dirçəliş Günü ərəfəsində bir humanist addım da böyük amnistiya qanunu ilə siyasi və digər məhbuslarımız üçün gəlsin.

Gözləyirik”

Azərbaycanın birçox hüquq müdafiəçilərinin fikrincə, ölkədə 100-dən çox siyasi məhbus var.Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyir ki,siyasi məhbus siyahılarında yer alan insanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

15:08 15.11.2020

Kəlbəcər rayonun təhvil verilməsi noyabrın 25-nə qaldı

Kəlbəcər rayonun tam boşaldılaraq, Azərbaycana təhvil verilməsi noyabrın 25-nə qaldı.

Bu barədə bu gün, noyabrın 15-də keçirdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev danışıb. Onun sözlərinə görə, bununla bağlı dünən, noyabrın 14-də Rusiya prezidenti Azərbaycan prezidenti ilə telefon danışığında Ermənistan tərəfinin müraciətini çatdırıb.

Halbuki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatına görə, Kəlbəcər rayonu noyabrın 15-nə, Ağdam rayonu 20-nə, Laçın rayonu isə dekabrın 1-nə kimi boşaldılmalı idi.

Hikmət Hacıyevin sözlərinə görə, bu məsələdə razılıq əldə edilib və o bunu humanizimlə izah elədi:

“Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.

Onun vurğulamasına görə, Ağdam və Laçın rayonu ilə bağlı qarafik dəyişmir.

Kəlbəcərin təhvil verilməsi noyabrın 25-ə qaldı
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Hikmət Hacıyev: “Ermənistanın Kəlbəcərdən çıxması vandalizm aktları ilə…”

İşğaldan sonra Kəlbəcərdə məskunlaşan erməni əhali çıxarkən öz evlərini yandırır, noyabr 2020
İşğaldan sonra Kəlbəcərdə məskunlaşan erməni əhali çıxarkən öz evlərini yandırır, noyabr 2020

“Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qaquni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır”.

Bunu da brifinqdə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var: “Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir.”

Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.

Davamı

XS
SM
MD
LG