Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:39 29.9.2020

10 mülkü şəxs ölüb, 30 nəfər yaralanıb

Sentyabrın 27-dən bəri cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 10 mülkü şəxs həlak olub, 30 nəfər yaralanıb.

Bu məlumatı bu gün, sentyabrın 29-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Amma son günlərin döyüşlərində indiyə kimi nə qədər hərbi qulluqçunun həlak olduğu, nə qədərinin isə yaralandığı açıqlanmır.

13:53 29.9.2020

Əliyev və Merkel atəşkəsin bərpa edilməsi imkanlarından danışıblar

Sentyabrın 29-da Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, A.Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Prezident İ.Əliyev də qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələri, şəhər və kəndləri atəşə tutub. Onun vurğulamasına görə, bunun nəticəsində iki gün ərzində hərbçilər, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb: "Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb...".

Məlumata görə, İ.Əliyev bildirib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Azərbaycandan "Dalıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir: "Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir...".

Məlumata görə, söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

18:02 29.9.2020

Tibb məntəqəsinin binası dağılıb

Sentyabrın 29-da saat 13 radələrində Ağdam rayonunun Qaradağlı kəndində tibb məntəqəsinə top mərmisi düşüb.

Bu barədə Baş Prokurorluğun açıqlamasında bildirilir.

Nəticədə top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Elməddin Sarıyev həlak olub. "Tibb məntəqəsinin binası dağılıb, ərazidəki sakinlər təxliyə edilib", - məlumatda yazılıb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cinayət işi açılıb.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Son günlər atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 11 mülkü şəxsin isə həlak olduğu qeyd edilir.

Amma son günlərin döyüşlərində indiyə kimi Azərbaycan tərəfdən nə qədər hərbi qulluqçunun həlak olduğu, nə qədərinin isə yaralandığı açıqlanmır.

Tərtərdə yaşayış binaları topla vurulub
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

18:29 29.9.2020

ABŞ dövlət katibi atəşkəsə çağırıb

ABŞ dövlət katibi Mayk Pompeo Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, Pompeo sentyabrın 29-da Krit adasına səfəri əsnasında Dağlıq Qarabağda gedən döyüş əməliyyatlarını Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə müzakirə edib.

Pompeo bu görüş zamanı deyib: "Xarici işlər naziri və mən Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Orada hər iki tərəf zorakılığı dayandırmalı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mahiyyəti üzrə danışıqlara mümkün qədər tez qayıtmalıdır".

Fransa da Minsk qrupu çərçivəsində danışıqlara qayıdılmasına çağırıb.

Fransa prezidenti Emmanuel Makron sentyabrın 29-da deyib: "Biz qarşıdan gələn günlərdə nələrin baş verdiyinin, kimin cavabdehlik daşıdığının və çıxış yolunun aydınlaşdırılması üçün Minsk qrupu üzrə koordinasiyaya təkan verməliyik".

Azərbaycan qismən hərbi səfərbərliyə başladı
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Davamı

XS
SM
MD
LG