Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndlərinin intensiv artilleriya atəşinə tutulduğu bildirilir.
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də səhər saatlarında yayıb.
"Mülki əhali arasında ölən və yaralananlar var",- nazirlikdən bildirilib.
Ermənistan danışıqlara hazır olduğunu deyir
Ermənistan Qarabağda əməliyyatların dayandırılmasından ötrü danışıqlara başlamağa hazır olduğunu bildirib.
Açıqlamanı bu ölkənin Xarici İşlər Nazirliyi yayıb.
Qurum bildirir ki, 1994-1995-ci illərdə əldə olunmuş razılaşmalar əsasında, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlarla hazırdır.
Bəyanatda Yerevanın münaqişənin sülh yoluyla həllinə sadiq olduğu vurğulanır.
Ermənistan XİN ATƏT-in Minsk qrupu liderlərinin bir gün öncəki bəyanatını alqışladığını bildirib. Bəyanatda həmsədrlər tərəfləri Dağlıq Qarabağda döyüşləri dərhal dayandırmağa çağırırdı.
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir... ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə 1994-1995-ci il sazişləri əsasında atəşkəs rejimi yaradılmasına işləməyə hazırıq", – bəyanatda deyilir.
Quzanlı raket atəşinə tutulur
Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş Azərbaycan ərazilərindən isə Ağdam rayonun Quzanlı yaşayış məntəqələrinin raket atəşinə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də günorta saatlarında məlumat yayıb.
Ağdam rayonunun mərkəzi Ağdam şəhəri 1993-cü ildə işğal edilib. Bundan sonra bu rayonun mərkəzi işğal altında olmayan Quzanlı qəsəbəsinə köçürülüb.