Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Aqil Xəlil Bakı aeroportunda başına gələnləri danışdı


Aqil Xəlil «Sərhədsiz Reportyorlar»ın dəvəti ilə hazırda Fransadadır
Aqil Xəlil «Sərhədsiz Reportyorlar»ın dəvəti ilə hazırda Fransadadır
«Azadlıq» qəzetinin əməkdaşı, hazırda Fransada olan Aqil Xəlil «Azadlıq» radiosuna müsahibə verib.

-Aqil necə getdin? Yəni burda məlumatlar var ki, sən aeroportdan keçəndə problemlər yaşanıb. Bunlar nə dərəcə də düzdür?

-Yəqin düz olmasaydı belə xəbər yayılmazdı. Mən iyulun 22 getmək istəyirdim, bilet də artıq hazır idi. Onu da deyim ki, bütün xidmətləri təşkilatçılar öz üzərinə götürmüşdülər, yəni Sərhəd Xidmətləri, biletin pulu, bütün xərclər onun üzərində idi. Mən aeroporta gələndə Sərhəd Xidmətində problem yarandı və problem o oldu ki, yarım saat saxladılar ki, kimləsə danışdılar və yenə də icazə vermədilər. Mənim özümə dedilər ki, siz bu gündən axtarışdasınız. Dedim necə yəni, bu gündən? Onların əllərində sənəd var idi. Nəhayət Çevik Polis Alayının əməkdaşları və oranın rəhbərliyi gəldi aydınlaşdırdılar və nədənsə o kağızı onlara göstərmədilər. O vaxtı Əli Quliyev istintaqı aparanda mən axtarışda olmuşam. Mən dedim axı bu necə ola bilər ki, o vaxtı mən Parisə getmək istəyəndə məni sadəcə qaytardılar geriyə və dedilər ki, sizin məhkəməniz var. Əgər axtarışda olsaydım bu insident o vaxtı baş verə bilərdi, amma nədənsə mən onlara sübut edə bilmədim ki, siz mənə dediniz ki, bu gündən axtarışdayam. Yəni deməyim odur ki, DİN bu məsələyə qarışandan, Çevik Polis Alayının işçiləri gələndən sonra evə buraxıldım və sonradan sərhəd xidmətinə getdim və bütün problemlər demək olar ki, həll olundu. Fransa, ABŞ səfirliklərinin işə qarışmasından sonra problemlər aradan qaldırıldı.

-Aqil aeroporta gedəndə səni DİN-dən ayrılmış mühafizəçilər qoruyurdular?

-Bəli. Onlar olmasaydı bəlkə də mən indi hansısa həbsxanadaydım.

-Bəs səni yoxlayanlar, axtarışda olduğunu deyənlər kimlər idi? Onlar hansı xidmətin əməkdaşlarıydı?

-Bu Sərhəd Xidmətinin əməkdaşlarıydı. Mənim çantamı yoxlamaq istəyirdilər, balaca bir çanta idi. Dedim sizin nə ixtiyarınız var ki, mənim burda sənədimi, yəni çantamı yoxlayırsınız, buna ehtiyac yox idi artıq. Elə düşündüm ki, çantadan onlar nəsə çıxarda bilərdilər. Ola bilərdi, onlardan nə desən gözləmək olardı, amma sağ olsun mühafizəçilər, yəni bütün qarışıqlığın qarşısını aldılar.

-Sənə aeroportda problemlər yaradan Sərhəd Xidmətinin əməkdaşlarından məhkəməyə müraciət edəcəksənmi?

-Yox. Düzdür onlar üzr istəmədilər, mən deməli Sərhəd Xidmətinin baş idarəsinə getdim və orada mənə dedilər ki, siz narahat olmayın və bütün məsuliyyəti öz üzərinə götürən işçilər cəzalandırılıb, siz narahat olmayın və üzr istəyirik sizdən. Belə bir ifadə verdilər. Məhkəməyə müraciət etməyə ehtiyac duymuram.

-Aqil, indi vəziyyət necədi?

-Sözün düzü elə ilk gündən darıxıram. Özgə yerdi, yəni tamam yad bir yerdi, həm mən fransız dilin bilmirəm, amma ingilis dilin bir az bilirəm bu mənə köməklik edir. Həm də burda türklər də çoxdur, bunlar da yardımçı olurlar. Problem deyil amma darıxmaq, bəli hələ ki darıxıram, ilk gündən darıxmışam.

-Belə məlumatlar var ki, Aqil axır ki, ölkədən çıxdı. Yəni həm də o fikirlərin arxasında belə bir fikir səslənir ki, sən geri qayıtmayacaqsan...

-Yox. Mənim belə bir fikrim yoxdu. Yəni bu səhv məlumatdır. Yəni düzdür hazırda Azərbaycanda mənimlə bağlı olaylar elə bir vəziyyətdədir ki, istər 22 fevral Zeytunluq olayı, istər 13 mart hadisələri, yəni heç bir cinayətkarlar cəzasını almayıb. Amma buna baxmayaraq vətənə qaytmamaq fikrim yoxdu.

-Valideynlərinin ölkədən getməklə bağlı xəbərləri varmı?

-Fransaya çatandan sonra xəbər verdim ki, artıq Parisdəyəm.

-Mükafat nə vaxt təqdim olunacaq?

-Dəqiq vaxtını bilmirəm. Sözün düzü hələ bununla maraqlanmamışam. Artıq iki gündür burdayam.

-Səfər neçə gün müddətindədir?


-Hələ bir müddət var. Ola bilsin mənim burada bəzi planlarım da var, onları həyata keçirib sonra gəldim.

-Başqa nə demək istərdin?

-Bu vaxta qədər mənimlə həmrəy olanlara, dəstək duranlara öz təşəkkürümü bildirirəm. Mənim ürəyim həmişə Azərbaycanladır, vətənimi çox istəyirəm. Baxmayaraq ki, indi Fransadayam amma ürəyim Azərbaycandadır.
XS
SM
MD
LG