Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:08

«Bu da Hacıbala Abutalıbovun üçüncü cavabı…»


«Qəpik-qəpik yığmışıq ki, uşağımıza ev tikək. Futbol topu kimi bizi oynadırlar»
«Qəpik-qəpik yığmışıq ki, uşağımıza ev tikək. Futbol topu kimi bizi oynadırlar»
Avqustun 29-da «Gen» MMC tikinti şirkətindən narazı vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında növbəti aksiyalarını keçirdilər. Aksiyaçıların tələbi ya pullarının qaytarılması, ya da ki, evlərinin tikilməsidir:

«Qəpik-qəpik yığmışıq ki, uşağımıza ev tikək. Futbol topu kimi bizi oynadırlar».

«Gen» MMC şirkəti 500-ə yaxın vətəndaşdan ev tikmək məqsədiylə pul alıb. Ancaq nə evlər tikilib, nə də vətəndaşların pulları geri qaytarılıb. Yığılan pullar isə təxminən 9 milyon ABŞ dolları civarındadır.

Şikayətçilər avqustun 8-də keçirilən aksiyada BŞİH-in başçısı Hacıbala Abutalıbovun onlara verdiyi sözün ardınca gəliblər. İcra başçısı aidiyyatı orqanlara bu problem barədə məlumat verəcəyinə söz vermişdi. Bu gün isə 100-ə yaxın insana icra başçısından gələn cavab isə belə oldu:

Zərərçəkmişlərin hüquq müdafiəçisi Vidadi İsgəndərov: «Bu da Hacıbala Abutalıbovun üçüncü cavabı: məhkəmə hökmü olmadan heç bir iş görülməyəcək. Birinci dəfə deyir, evlər tikiləcək, ikincidə bildirir ki, baxılacaq, üçüncü də ki, belə…»

Cavabdan narazı qalan insanlar Prezident Aparatına üz tutdular. Prezident Aparatından bildirildi ki, Hacıbala Abutalıbova deyilib, o, zərərçəkənləri qəbul edəcək. İcra başçısı zərərçəkənlərin bir neçəsini qəbul edərək deyib ki, rayon icra hakimiyyətləri torpaq ayırsa, o, sərəncam verəcək. Bunu H.Abutalıbovla görüşdə olan Vidadi İsgəndərov xəbər verir. Odur ki, payçılar birinci Nəsimi Rayon İcra Hakimiyyətinə üz tutublar.

Vidadi İsgəndərov: «Nəsimi Rayon İcra Hakimiyyətində bizə deyildi ki, bir sot belə boş yerləri yoxdur».

Zərərçəkənlərə BŞİH-dən verilən məlumata görə, Yasamalda onlara 70 sotluq yer ayrıla bilər. Odur ki, payçılar gələn həftə yenidən meriyaya və digər rayon icra hakimiyyətlərinə müraciət etməyə hazırlaşırlar.
XS
SM
MD
LG