Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:33

«Fərhad Əliyevin gözünün altı qaralıb, sifətində şişkinlik var»


Oktyabrın 28-i vəkil İsaxan Aşurov 2 saylı cəzaçəkmə müəssisəsində hüquqlarını müdafiə etdiyi keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşüb. Bu barədə «Turan»a məlumat verən vəkil F.Əliyevin onunla yalnız 4-5 dəqiqə danışdığını deyib.
«Gözünün altı qaralıb və sifətində şişkinlik var idi», - deyən İ.Aşurov sabiq naziri cəzaçəkmə müəssisəsində belə vəziyyətdə birinci dəfə gördüyünü vurğulayıb.
Keçmiş nazirin infarkt olub-olmaması ilə bağlı heç nə deyə bilməyən vəkil nazirin özünün də bunu bilmədiyini bildirib.
İsaxan Aşurov onu da əlavə edib ki, F.Əliyev öz həkimi tərəfindən müalicə olunmasını istəsə də, ona icazə verilmir.
Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev 10 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG