Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

«Etiraf etməliyik ki, bu gün Azərbaycanda AIDS problemi var»


AIDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Ramil Mirzəyev və Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva
AIDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Ramil Mirzəyev və Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva
«Biz etiraf etməliyik ki, bu gün Azərbaycanda AIDS problemi var və onun yayılmasına qarşı mübarizə aparmalıyıq».

AIDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Ramil Mirzəyev Azadlıq radiosunun «Can Bakı» proqramında belə deyib. Onun sözlərinə görə, bəziləri AIDS-ə qarşı yox, bu xəstəliyə yoluxanlarla mübarizə aparmağın vacib olduğunu düşünürlər: «Bir çox halda xəstələrin günahı yoxdur. İnsan nə qədər məlumatlı olsa da, AIDS-ə yoluxmaqdan sığortalanmayıb. Ona görə də gərək öz-özünün həkimi olasan. Stomatoloqa, qadın salonu və bərbərxanaya gedirsən, mütləq alətlərin sterilizə olunmasını tələb etməlisiniz».
Verilişdə qonaq olan Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə bir müddət əvvəl 200 nəfəri AIDS-ə yoluxdurmaqda ittiham edilən Elnarə Əhmədovanın talelindən danışdı. Onun sözlərinə görə, E.Əhmədovanın kimisə xəstəliyə yoluxdurması təsdiqlənməyib: «İndi bu şəxs QHT-lərin nəzarəti altındadır. Biz onun cəmiyyətə inteqrasiyası yolunda əlimizdən gələni edirik. Amma o, faktiki olaraq ortada qalıb. Heç kim onu işə qəbul etmək istəmir. İndi onun üçün AIDS-lə Mübarizə İctimai Birliyinin ofisində yer ayrılıb. Amma nə vaxtadək belə olacaq? Gəlin onu işlə təmin edək, cəmiyyətə inteqrasiyasına yardımçı olaq, damğalanmasına yol verməyək».

Zülfiyyə Mustafayeva onu da dedi ki, ictimai müşahidələrə əsasən, Lənkəran, Hacıqabul, Əli-Bayramlı, Bakı və Sumqayıtda AIDS-ə yoluxan insanların sayı respublikanın digər rayonları ilə müqayisədə üstünlük təşkil edir.
XS
SM
MD
LG