Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:35

«Azpetrol» un qarşısında etiraz aksiyası keçirildi


Aksiyaçılar işə bərpa olunmalarını tələb edirlər

Aprelin 1-də « «Azərtrans» müəssisəsinin işdən çıxarılmış 24 əməkdaşı «Azpetrol» şirkətinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılardan biri - Yalçın Rəsulov «Azadlıq» radiosuna deyib ki, işdən çıxarılanların hamısı sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol»un keçmiş prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevlə eyni - Cəlilabadın Alar kəndindəndir. O, işdən çıxarılmalarını da elə bu səbəblə əlaqələndirib.

«Azərtrans»ın baş direktoru Pərviz Əliyev aksiya iştirakçılarını qəbul edib, əksəriyyətin başqa işlə təmin ediləcəyini vəd edib. Yalçın Rəsulov isə bildirib ki, bu şərtlə razı deyillər və mübarizələrini axıracan davam etdirəcəklər.


«Azərtrans» «Azpetrol» şirkətinə məxsusdur.


XS
SM
MD
LG