Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:44

«Bu qərar ATƏT demokratiyasından ciddi şəkildə geri çəkilmədir»


ATƏT press-reliz yayıb
ATƏT press-reliz yayıb
«Teleradio Şurasının qərarı neft ölkəsi Azərbaycanda söz azadlığının böğulmasında növbəti addımdır». Bunu «Röyters» Agentliyi yazır. Agentlik bildirir ki, «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının milli tezliklərdə yayımının dayandırılmasını hakimiyyət Avropa qaydaları ilə izah etməyə çalışır. Ancaq Avropa Şurasının rəsmiləri bu gözlənilən qərardan öz narahatlıqlarını əvvəlcədən bildirirdilər.
Hökumət deyir ki, xarici radioların FM tezliyindən çıxarılması Azərbaycan qanunlarına uyğundur. Və bu qanunlar da öz növbəsində Avropa Şurası ölkələrinin qanunlarına uyğunlaşdırılıb.
Dekabrın 30-da ATƏT press-reliz yayıb ki, təşkilatın media azadlıqları üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti hələ noyabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunda xarici radioların FM-də bağlana bilməsindən narahatlıq bildirirdi və Azərbaycan hakimiyyətini bu radiolara yenidən lisenziya verməyə çağırırdı. Qaldı ki, bugünki qərara, ATƏT hesab edir ki, bu, ATƏT demokratiyasından ciddi şəkildə geri çəkilmədir. Çünki sərhədlərin açılması, informasiyanın sərbəst yayılması Helsinki müqaviləsinin köhnə şərtlərindəndir.
«Röyters» yazır ki, xarici radioların FM tezliyindən məhrum edilməsi parlamentin referendum qərarının ardınca gəlib. Bunda bir qanunauyğunluğu istisna etməyən agentlik bildirir ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən məhdudiyyəti götürməli referendum martın 18-də keçiriləcək və İlham Əliyevə yenidən prezident olmağa imkan verəcək.
Ancaq agentlik xatırladır ki, son prezident seçkisini müxalifət boykot etdi və bərabər rəqabət şəraiti olmadığına görə, Qərb ölkələri bu seçkini tənqid etdilər.
Agentlik ona da toxunur ki, müxalifət Qərbi ittiham edir ki, İlham Əliyevin demokratiya göstəricilərini tənqid etməyi yumşaldıb və qorxur ki, Azərbaycanın neft sərvətlərinə nəzarəti itirə.
«Frans Press» isə yazır ki, hakimiyyət xarici radioların FM tezliyindən çıxarılmasının arxasında siyasi motivin olmadığını desə də, beynəlxalq insan haqları və media təşkilatları Azərbaycanda media hüquqlarının məhdudlaşdırımasını həmişə bildirib və jurnalistlərin həbsə atılmasını tənqid edib. «Frans Press» bildirir ki, indi yerli tezliklərdə yayımı dayandırılan xarici radiolar Azərbaycanda informasiyanın yeganə müstəqil mənbələrindəndir.
XS
SM
MD
LG