Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Maştağada dəyişiklik gözləyirlər


Ətirli çörəyin qoxusu adamı uzaqdan vuran təndirləri əsasən cənub bölgəsindən olanlar işlədir
Ətirli çörəyin qoxusu adamı uzaqdan vuran təndirləri əsasən cənub bölgəsindən olanlar işlədir
Maştağada referenduma gedənlər oturub dəyişiklik gözləyirlər. Deyirlər hələ bir həftə keçib, yəqin bir azdan səslərinin bəhrəsi özünü həm də dolanışıqlarında büruzə verəcək.

Yerli sakinlərlə söhbətdən bəlli oldu ki, kənddə bəzi ailə başçıları qadınların seçki proseslərində iştirak etməsini məsləhət bilmirlər. Ona görə də seçki məntəqələrinə özləri gedirlər. Əlbəttə ki, əgər gedirlərsə.

Çünki söhbətləşdiyimiz adamların heç də hamısı bu prosesdə iştirak etdiyini demədi.

Həmsöhbətlərimin bir qismi ümumiyyətlə bu cür proseslərdə iştirak etmədiyini, başqa bir qismi belə şeylərdən yaxşı heç nə gözləmədiyini, digərləri isə başı ailəsini dolandırmağa qarışdığından seçkilərə vaxtı qalmadığını bildirdi.

Kəndin aralıqlarında - məhəllələrin tinində, darvazaların qarşısında, dükanların yanında üç-üç, beş-beş adamlar dayanıb söhbətləşirlər. Burada mikrafona danışmağa həvəs göstərməyən əsas təbəqə gənclərdir. Yaxınlaşıb ağzını açmağa macal tapmamış deyirlər ki, bizdən soruşma, get başqalarını danışdır. Amma əlbəttə ki, ədəb-ərkanla.

Yaxınlaşıb ağzını açmağa macal tapmamış deyirlər ki, bizdən soruşma, get başqalarını danışdır
Belələri ən yaxşı halda səni narazı salmamaq üçün evə çay içməyə dəvət edirlər. «Nə qulluq lazımdır biz hazır» - deyirlər. Amma danışmaq bizlik deyil.

Ayaqüstü söhbətdən bəlli olur ki, onlar bayram günləri olduğu üçün yox, işsiz olduqları üçün beləcə küçədə dayanıb vaxtlarını keçirirlər. Mikrafona danışanlar isə adlarını deməyə və şəkillərinin çəkilməsinə o qədər də meylli deyillər. Amma dərdlərini deyirlər. Məsələn, ticarətlə məşğul olanlar və ya buna cəhd edənlər deyirlər ki, əgər icra, bələdiyyə nümayəndələri tez-tez gəlib mallarını yığışdırmağı tələb etməsələr, qanunu pozmadan özlərini və ailələrini dolandıra bilərlər. Amma imkan vermirlər. Narazılar bununla bağlı bizim mikrofonumuzdan istifadə edib yuxarılara ismarış da göndərdilər

«Sizin vasitənizlə hökumətə deyirik ki, bizi eşitsin. Kasıb-kusubu da fikirləşsin. Bu mikrofon görüb ağlamaq deyil. Vəziyyət doğrudan pisdir. Siz bir saat əvvəl burada olsaydınız, görərdiniz icra, bələdiyyə nə oyun çıxardır».

Təkərli təndirlər
Həmsöhbətlərimin bəziləri deyir ki, prezidentin, hökumətin yerlərdə baş verən qanunsuzluqlardan xəbəri yoxdur. Olsa əncam çəkərlər:

«Amma əgər hökumətin uzun müddət bunlardan xəbəri olmasa, vəziyyətimiz pis olacaq. Yenə də ümid qalır jurnalistlərə ki, onlar yuxarılara çatdırsınlar».

Kənddə demək olar ki, hər cür ticarət obyekti, servis xidmətinə rast gəlmək olur. Amma ən çox gözə dəyən təndirlərdir. Ətirli çörəyin qoxusu adamı uzaqdan vuran bu təndirləri əsasən cənub bölgəsindən olanlar işlədir:

«Təndirdə çörək və ləvəngi bişiririk. Kənddə dolanışıq elə də yaxşı deyil. Bişirdiklərimizi satıb dolanırıq. Amma kənara pul qoymaq olmur».

Onu da deyim ki, Maştağada Bakının digər kəndləri ilə yanaşı həm də
Oqtay da referenduma, seçkilərə ümumiyyətlə getməyənlərə aiddir. Deyir birinci evi dolandırmaq lazımdır
Azərbaycanın müxtəlif bölgələrindən gəlib yaşayanlar, işləyənlərlə rastlaşmaq mümkündür.

Maştağada rastlaşdığım adamlardan - «Novruz bayramını ürəyim istəyən kimi keçirdim» - deyən olmadı. Hamısı bunu vəziyyətə, dolanışığa bağladı.

Ramanadan gəlib burda maşınların şinlərini yamayan, havasını tənzimləyən Oqtay da son vaxtlar öz maddi vəziyyətini tənzimləyə bilməməsinin səbəbini camaatın imkansızlığına bağladı:

«Daha gəlib maşına baxdıran yoxdur. Əvvəllər gün ərzində 100 manatdan çox qazanırdım. İndi səhərdən cəmi 4 manatlıq iş görmüşəm. Camaatda pul yoxdur».

Yanında 10-a yaxın qoyun olsa da, Nurəddin deyir ki, dolanışıq yaxşı deyil
Oqtay da referenduma, seçkilərə ümumiyyətlə getməyənlərə aiddir. Deyir birinci evi dolandırmaq lazımdır. Bu da indi elə bir işdir ki, vaxtın hamısını ona sərf etməlisən. Amma əgər nə vaxtsa dolanışıq yaxşılaşsa, onda da seçkilərə getməyəcək. Çünki o, artıq Allahdan başqa heç kimə inanmır.

Maştağadan aralananda kəndin çıxacağında yolun kənarında qoyun otaran Nurəddin kişi ilə də söhbətləşdim. Yanında 10-a yaxın qoyun olsa da, dedi ki, dolanışıq yaxşı deyil. Çünki qoyun alanların sayı getdikcə azalır. Bu səbəbdəndir ki, bayramı da yaxşı qarşılaya bilməyib.

Nurəddin kişi əvvələr ət kombinatında işləyib. Vəziyyəti də yaxşı olub. Sovet hökuməti dağılandan sonra qoyun satır. Özü Gədəbəylidir. Amma o tərəflərə qayıtmaq fikri yoxdur. Deyir buralarda vəziyyət belədirsə, çətin ki, o tərəflərdə yel əsib qoz tökülə.

(HƏMÇİNİN OXU: Nardaranlılar: "Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı")
XS
SM
MD
LG