Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:56

DİN zabitinin rəhbərlik etdiyi daha bir cinayətkar qrup aşkarlanıb


Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” DİN və MTN—in birgə keçirdikləri əməliyyat haqda açıqlamaları belə deməyə əsas verir. Amma bu qrup adam oğurluğu və qətllər törətməklə yox, narkotiklərin tranziti, həm də satışı ilə məşğul imiş.



Dəstənin üzvləri Sahib Hüseynov, Seyran Mehtiyev, Xeyir Şirinov, Elçin Fətiyev və Seymur Balakişiyevin tutulması üçün keçirilən əməliyyatlardan sonra onların mənzillərindən ümumi həcmi 2 kiloqrama yaxın olan heroin, yarım kiloqramdan artıq tiryək və 4 kiloqramdan çox marixuana götürülüb.



Qrupun digər üzvləri - Səfər Nəsirovla Elşən Məmmədov da tutulublar. Cinayət aləmində “Seyid” ləqəbi ilə tanınan Saatlı rayon sakini Umud Həsənov, “Akula” ləqəbli Saatlı Rayon Polis Şöbəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili, polis mayoru Akif Məmmədov da saxlananlar arasındadır.



Onlardan İrandan gətirilən 74 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.



Məlumatda bildirilir ki, Umud Həsənov və Akif Məmmədov əməliyyat zamanı müqavimət göstərərək qaçmağa cəhd ediblər. Sonuncu xəbərdarlıq atəşi açılandan sonra da təslim olmadıqda əməliyyatçılar onları ayaq nahiyəsindən yüngül xəsarət yetirməklə saxlayıblar.



Əməliyyat nəticəsində qrupun daha üç üzvü saxlanıb. Ümumilikdə, əməliyyat zamanı 12 nəfər həbs edilib.



DİN və MTN-in məlumatında o da bildirilir ki, Akif Məmmədov və Umud Həsənovun rəhbərlik etdiyi cinayətkar qrup uzun müddət cəzasız fəaliyyət göstərib. Ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsini və satışını təşkil ediblər.



Bu, DİN zabitinin rəhbərlik etdiyi bildirilən ikinci cinayətkar qrupdur. Birinci belə qrupu martın 10-da MTN aşkarlamışdı.



DİN-in polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi söylənilən həmin qrup ümumilikdə 20-dən çox adam oğurluğu və qətllər törətməkdə günahlandırılır.



Bu proses hansı mərhələyə qədər davam edə bilər?



Sabiq polis rəisi İsaxan Aşurov deyir ki, hadisələr şaquli xətt üzrə inkişaf etməyəcək. Yəni, yüksək vəzifə tutanların heç biri cəzalandırılmayacaq. Yəqin ki, indi olduğu kimi nisbətən aşağı pillələrdə duranları cəzalandırmaqla kifayətlənəcəklər. Hacı Məmmədovun işi ilə bağlı onun yaşadığı ərazidə sahə müvəkkilinin işdən çıxarılması buna əsaslı sübutdur.
XS
SM
MD
LG