Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:49

Dəyişikliyin düşər-düşməzi olur...


Səs: Real audio
Dekabrın 14-də günün ikinci yarısı Tovuz şəhərinin bir qrup sakini Bakı-Qazax magistral yolunu bağlayıb Söhbət Səhiyyə və İqtisadi İnkişaf nazirliklərindəki islahatlardan gedir



Prezident bir gündə 8 fərman verir, xeyli adamı işdən çıxardır. Sonra da məlum olur ki, onlar sadəcə, bir vəzifədən çıxıb o birisinə keçiblər. Qəzetlər yazırlar ki, bundan da böyük kadr dəyişikliyi olacaq.



Yeni səhiyyə naziri təyin olunandan sonra tibb sistemində bir sıra struktur dəyişiklikləri aparılıb və hələ də aparılmaqdadır. Nazirliyin Mərkəzi Aparatında bir neçə sektor ləğv edilərək bir qurumda birləşdirilib.



Səhiyyə Nazirliyindən "Azadlıq" radiosuna verilən məlumata görə, nazirlik bundan sonra xəstəxana və poliklinikalara vəzifə təyinatı ilə məşğul olmayacaq. Bu, aşağı səvviyyəli səhiyyə idarələrinin səlahiyyətində olacaq. Tibb işçilərinin işə qəbulu və işdən azad edilməsi üçün tibb müəssisələrində komissiyalar yaradılacaq. İşə qəbul mətbuatda elan verməklə müsabiqə əsasında, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.



Nazir Oqtay Şirəliyevin əmrilə aztəminatlı vətəndaşlara tibbi yardım göstərmək məqsədilə Bakıda 4 xəstəxana ayrılıb. Onlar 60 adda pulsuz dərmanla təmin olunub.



Bundan başqa, nazirlikdə yeni yaradılan İnnovasiya və Təchizat Mərkəzi dərman preparatlarının yoxlanılmasına başlayıb. Artıq bir sıra keyfiyyətsiz və saxta dərmanlar aşkarlanıb. Bu günə qədər 160 aptek yoxlanıb və onlardan 36-nın qanunsuz fəaliyyət göstərdiyi üzə çıxıb.



Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Faiq Tağızadə deyir ki, noyabrın 26-dan başlayaraq onlar ilkin yardım üçün 30 növdən artıq pulsuz dərmanla təmin olunur. Onun sözlərinə görə, əvvəllər bu məsələlər kağız üzərində olub, müəssisəyə pulsuz dərmanlar verilməyib.



Tibbi ekspert Adil Qeybulla Səhiyyə Nazirliyindəki son kadr islahatlarını müsbət qiymətləndirir. Amma deyir ki, bu nazirlikdə hələ xeyli dəyişikliklər olmalıdır. Onun sözlərinə görə, nazir yeni olduğundan, bu təyinatın səhiyyə sistemində nələri dəyişdiyi barədə söz demək hələ tezdir.



İqtisadi İnkişaf Nazirliyindəki islahatlara gəlincə, idarədən bu barədə məlumat vermək istəmədilər.



İqtisadi ekspert Qubad İbadoğlu hesab edir ki, nazirlər dəyişdikdən sonra tibb sahəsində müsbət dəyişikliklər müşahidə olunsa da, İqtisadi İnkişaf Nazirliyi barədə bunu demək çətindir.
XS
SM
MD
LG