Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:45

Qarabağa sülhməramlı qüvvələri kimlər göndərə bilər?


Səs: Real audio
Qadağa region ölkələri nərə balığının davamlı artımını təmin etməyənədək qüvvədə qalacaq Azərbaycan rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsinin mümkünlüyünü bildirəndən sonra həmin qüvvələri hansı ölkələrin formalaşdıracağı barədə ölkədə diskussiyalar başlayıb. Ölkə mətbuatında bu cür qüvvələrin əsasən Rusiya əsgərlərindən ibarət olacağı haqda adı çəkilməyən mənbələrə istinadla məlumatlar yayılıb



90-cı illərin ortalarına qədər ATƏT-in Yüksək Planlaşdırma Qrupu dəfələrlə bölgəyə səfər edərək sülhməramlıların yerləşdirilməsi ilə bağlı bir yox, bir neçə variant işləyib.



Siyasi icmalçı Rauf Mirqədirov yada salır ki, 1994-1995, eləcə də 1997-1998-ci illərdə tez-tez bölgəyə gələn qrup sülhməramlıların yerləşdirilməsinin bütün mümkün variantlarını araşdırıb, hətta onların yerləşdirilə biləcəkləri zonaları da müəyyənləşdirib. Amma 8 illik fasilədən sonra bu missiyanın yenidən gəlişi ondan xəbər verir ki, danışıqlarda yeni bir mərhələ – sülhməramlıların yerləşdirilməsi mərhələsi başlaya bilər. Və səfərin məqsədi birbaşa hazırlıq mərhələsinə keçid ola bilər. Hərçənd ekspert xatırladır ki, təcrübə bu hazırlıqların yarıda qırıla biləcəyini də göstərir.



Politoloq Rasim Musabəyova görə isə, sülhməramlıların gəlib-gəlməməsi tərəflərin imzalayacağı sazişdən, "mərhələli", yoxsa "paket" variantına üstünlük verilməsindən asılı olacaq. O hesab edir ki, danışıqlar bu templə davam etsə – tərəflər indiyədək razılığa gələ bilmədikləri məqamlarda anlaşma əldə etsələr – sülhməramlıların gəlməsi qaçılmazdır.



Politoloq deyir ki, danışıqların detalları açıqlanmasa da, sızan informasiyalardan tərəflərin "mərhələli həll" variantına meyl etdiyi hiss olunur. Və bu variantın reallaşmasına uzun vaxt tələb olunduğundan, təhlükəsizlik baxımından sülhməramlıların bölgəyə yeridilməsi istisna olunmur.



Təxminən eyni vaxtda «Turan» informasiya agentliyi və «Day.az» saytı diplomatik mənbələrə istinadla sülhməramlıların özəyini Rusiya hərbçilərinin təşkil edəcəyini yazıblar.



Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə bunu təkzib edir: «Biz belə başa düşürük ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələri, eləcə də qonşu Rusiyanın hərbçiləri sülhməramlı qüvvələrin tərkibində təmsil olunmayacaqlar».



Elə yerli ekspertlər də sülhməramlıların əsasən Rusiya hərbçilərindən ibarət olacağı haqda fikirləri inandırıcı saymırlar. Politoloq Rasim Musabəyov deyir ki, qaydaya görə, sülhməramlıların tərkibi ilə bağlı limit var: "10 il bundan öncə Budapeşt sammitində qərar verilmişdi ki, sülhməramlı qüvvələrin içərisində heç bir dövlətin payı 30 faizdən çox ola bilməz".



Siyasi icmalçı Rauf Mirqədirov isə Birləşmiş Ştatların Rusiya hərbçilərinin bölgədə yerləşməsinə imkan verməyəcəyini düşünür. Və bunu bir neçə səbəblə izah edir. Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığında maraqlı olan Vaşinqton bu qüvvələrin uzun müddətə bölgədə oturuşmasını qətiyyən istəməz. Eyni zamanda Rusiya hərbçilərinin bölgəyə girməsi bu münaqişənin həllində Moskvanın söz sahibi olmasına, təsir imkanlarının artmasına imkan verərdi. Abxaziya nümunəsindən sonra isə bu qətiyyən yolverilməzdir:



"Gürcüstan hökumətinin istəyib-istəməməyindən asılı olmayaraq, Abxaziya və Cənubi Osetiya məsələsini Tbilisi daha çox Moskva ilə müzakirə etmək məcburiyyətində qalıb. Bu missiya qısamüddətli olsaydı, mənə elə gəlir ki, elə bir problem olmazdı. Amerika ilə Moskva arasında bu haqda razılaşma da ola bilərdi – Rusiya qüvvələri yerləşdirilir, qısa müddətdən
XS
SM
MD
LG