Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

AMİP-də iki qurultay...


Səs: Real audio
Yanvarın 22-də Milli İstiqlal partiyasının (AMİP) üzvləri ayrı-ayrılıqda iki qurultayı keçiriblər Partiya sədri Əli Əliyevin tərəfdarlarının bir gün əvvəl keçirmək istədikləri qurultay yetərsay olmadığından baş tutmamışdı. Bazar günü isə qurultay iştirakçıların faktiki sayı ilə (yetərsay olmadan) davam edib.



Əli Əliyev qurultayda çıxış edərək partiyadakı parçalanmaya görə məsuliyyət daşımadığını deyib. O, qarşı tərəfi müxalifətin birliyinə nifaq salmaq cəhdində suçlayıb.



Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edilib. 2005-ci il qurultayında partiyada təsis olunmuş lider postu ləğv edilib. Toplantıda partiyanın sədr seçkisi ilə bağlı müzakirə aparılmayıb.



AMİP lideri Etibar Məmmədovun çağırdığı qurultay da baş tutub. Cənab Məmmədov Əli Əliyevi qurultay qarşısında hesabat verməyə çağırıb, onu başqa siyasi təşkilatlar qarşısında hesabat verməkdə ittiham edib. Etibar Məmmədov həm müxalifətdə, həm də hakimiyyətdə AMİP-in parçalanmasında maraqlı qüvvələrin olduğunu deyib.



Qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Qərara alınıb ki, partiyanın növbəti qurultayı aprelin sonunda keçirilsin. Qurultaya qədər partiyaya sədrliyi Mərkəzi Şuranın sədri Ayaz Rüstəmov, katibliyi isə hazırda AMİP-in baş katibi olan Fuad Muxtarov icra edəcək.
XS
SM
MD
LG