Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:01

«Barmek» işıq qıtlığında «Azərenerji»ni təqsirləndirir


Səs: Real audio
Türkiyənin Xarici İşlər naziri «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) havaların soyuması ilə müşayiət olunan enerji qıtlığında «Azərenerji» Açıq Səhmdar Cəmiyyətini təqsirləndirir. Cəmiyyətin prezidenti Hüseyn Arabul bunu yerli telekanallardan birinə verdiyi müsahibəsində bildirib.



«Azərenerji»nin yaydığı məlumatda isə, deyilir ki, Bakı və Abşeron yarımadasına elektrik enerjisi verilməsində heç bir problem yoxdur.



«Barmek»in tekniki direktoru Vəfa Ağayev isə, deyir ki, havalar soyuyandan sonra «Azərenerji» şirkətə satılan elektrik enerjisinin həcmini azaldıb və buna görə də əhalinin təminatında problemlər meydana çıxıb.



«Azərenerji»lə münaqişəyə girmək istəmədiklərini bildirən «Barmek» nümayəndəsi hesab edir ki, kimin haqlı olmasını araşdıracaq komissiyanın yaradılması yaxşı olardı, bu zaman problemin haradan qaynaqlandığı istehlakçılara da aydın olardı.
XS
SM
MD
LG