Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:34

Əli İnsanov Gülər Əhmədovanı məhkəməyə verib


Səs: Real audio
Maurisio Pavessi fevralın 9-da AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb Fevralın 9-da keçmiş Səhiyyə naziri Əli İnsanov deputat, Respublika Uşaq Fondunun sədri Gülər Əhmədovanı məhkəməyə verib. Məlumatı «Azadlıq» radiosuna cənab İnsanovun vəkili Toğrul Babayev verib. O, deyib ki, xanım Əhmədova «Hesabat» jurnalında bu il fevralın 4-də dərc etdiyi yazısında sabiq nazirə böhtan atıb, onun şərəf və ləyaqətini alçaldıb.



Məqalədə Gülər Əhmədova Əli İnsanovu uşaqların xarici vətəndaşlara qanunsuz övladlığa verilməsində ittiham edir.



Əli İnsanov ötən il oktyabrın 21-də həbs edilib. O, dövlət çevrilişinə cəhddə və iğtişaşa hazırlıqda ittiham olunur.
XS
SM
MD
LG