Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:54
Rubrikalar

Dövlət Neft Fondunun vəsaiti 44 faiz artıb


Səs: Real audio
Əsas Amerika Yəhudiləri Təşkilatları Prezidentlərinin Konfransının sədri Harold Tanner isə, «Azərbaycanda etnik azlıqlar və yerli əhali sülh şəraitində yaşayır» - deyir - Dövlət Neft Fondundakı pullar bir il ərzində 44 faiz artıb və 1 milyard 280 milyon Yeni Azərbaycan Manatına çatıb. Bu, təxminən 1 milyard 400 milyon dollar deməkdir. Məlumatı fondun prezidenti Samir Şərifov fevralın 13-də ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb. Keçən il fonddakı vəsaitlərdən 150 milyon manat dövlət büdcəsinə transfer olunub, 40 milyon manat qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilib, 41 milyon manat isə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində dövlətin payının maliyyələşdirilməsinə xərclənib.



- Neft gəlirləri artır, qeyri-neft bölməsinin isə, yardıma ehtiyacı yaranıb. Dizel yanacağı bahalaşdığı üçün Kənd Təsərrüfatı Nazirliyi hökumətə müraciət edib ki, fermerlərə ünvanlı maliyyə yardım edilsin. Nazirliyin İqtisadiyyat Şöbəsinin rəisi Rafiq Məcidov bildirir ki, yanacağın qiymətinin iki dəfə artması xüsusən pambıqçılıq və taxılçılıq üçün problemlər yarada bilər, çünki bu sahələrdə işlərin 90 faizi mexanikləşdirilib. Rafiq Məcidovun verdiyi məlumata görə, onların təklifi qəbul edilsə, fermerlərə yardım artıq bu ilin mayından verilə bilər. Nazirliyin hesablamalarına görə, bu məqsədlər üçün dövlət büdcəsindən yeni pulla təxminən 40 milyon manat ayrılması tələb olunur.



- Hökumət isə, neft məhsullarının bahalaşmasından büdcəyə 82 milyon manat əlavə gəlir daxil olacağını gözləyir. Bu barədə Maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Onun sözlərinə görə, həmin gəlirlərin istifadəsi ilə bağlı 2006-cı ilin büdcəsinə dəyişikliklər edilməsi də mümkündür. Amma dəyişikliklər təkcə gəlirlərin artmasıyla bağlı deyil. Hökumətin xərcləri də artıb. 2006-cı ilin büdcə layihəsi parlamentdə qəbul olunarkən Rusiyadan alınan qazın 1000 kub metri 61 dollardan nəzərə alınıb. Amma bu ilin yanvarında Rusiyanın qazın qiymətini az qala iki dəfə artıraraq 110 dollara qaldırması vəziyyəti dəyişib. Nəticədə qaza görə dolayı subsidiyaların artırılması nəzərdə tutulur.
XS
SM
MD
LG