Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

İşğal altındakı abidələrlə bağlı beynəlxalq qurumlara müraciət olundu


Səs: Real audio
Azərbaycanın kifayət qədər enerji potensialı olsa da, gələcəkdə bu sahədə çox ciddi problemlər yarana bilər Azərbaycan Abidələrini Müdafiə Təşkilatı BMT, Avropa Şurası, YUNESKO və ATƏT-in Minsk Qrupu həmsədrlərini Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan mədəniyyət abidələrinin taleyi ilə maraqlanmağa çağırır. Təşkilatın sədri Faiq İsmayılov deyir ki, bu qurumlara həm Dağlıq Qarabağda, həm də Ermənistan ərazisində azərbaycanlılara aid mədəniyyət abidələrinin məhv edilməsi ilə bağlı sənədlər və videokadrlar göndəriləcək: «Fotoşəkillər, çəkilişlər əvvəlki və indiki vəziyyətin necə olduğunu aydın göstərir. Qoy, buna da qiymət versinlər».



Tarixçi Qasım Əliyev sənədlər arasında Xocalı kurqanının, Şuşa şəhərindəki saysız abidələrin məhv edilməsinin əks olunacağını bildirir.



Fevralın 16-da Avropa Parlamentində Naxçıvan ərazisində erməni xaç daşlarının məhv edilməsi haqqında qətnamə qəbul edilməsiylə bağlı isə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) etiraz hazırlayır.



Xarici İşlər naziri Elmar Məmmədyarov: «Sənəd bugünlərdə Avropa Parlamenti prezidentinə göndəriləcək».



XİN Avropa Parlamentinin sözügedən qətnaməsinin qəbulunu təəssüflə qarşılamışdı.
XS
SM
MD
LG