Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:29

«Barmek»in öz işçiləri şirkəti ittiham edirlər


Səs: Real audio
«Barmek» şirkəti elektrik sayğaclarını Çindən 3-5 dollara alır, amma əhaliyə 16 dollara satır. Bu sayğacların əksəriyyəti düzgün işləmir» «Barmek»in martın 7-də mətbuat konfransı keçirən altı nəfər mütəxəssisi belə deyib. Onların sözlərinə görə, «Barmek»in belə idarə olunması onu deməyə əsas verir ki, bir neçə ildən sonra Bakıda elektrik sarı xeyli problem yaranacaq. Çünki şəbəkə getdikcə böyüyən paytaxtın tələbatını ödəmək iqtidarında deyil.



«Barmek»də işləyənlər deyiblər ki, onlar şirkətin qüsurlarını çoxdan görürlərmiş. Şirkət haqqında cinayət işi qaldırılandan sonra qərara gəliblər ki, bildiklərini açıqlasınlar.



«Barmek»in prezidenti Hüseyn Arabul isə deyilənləri əsassız hesab edir. Deyir ki, işçilərin mətbuat konfransı xüsusi təşkil olunub.



Baş Prokurorluqda «Barmek» şirkətinə qarşı mənimsəmə və korrupsiya faktı üzrə cinayət işi açılıb.
XS
SM
MD
LG