Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:45

Dövlət Departamenti: «Azərbaycan hökuməti insan haqlarını pozmaqda davam edir»<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycan hökumətinin insan haqları sahəsində göstəricisi aşağı olaraq qalır və o, insan haqlarını pozmaqda davam edir. 6 noyabr parlament seçkiləri bu göstəriciyə ciddi təsir edib Bu haqda ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatının Azərbaycanla bağlı bölməsində deyilir.



Sənəddə bildirilir ki, son seçkilərdə bir çox sahələrdə yaxşılığa doğru irəliləyiş olsa da, əvvəlkitək bir sıra beynəlxalq standartlara uyğun gəlməyib. Hökumət namizədlərin əksəriyyətini qeydiyyata alsa da, onlardan bəzisi hökumətin təzyiq göstərdiyinə əsas gətirərək namizədliyini geri götürüb.



İnsan haqları problemi kimi bunlar qeyd olunur:



- vətəndaşların dinc yolla öz hökumətlərini dəyişmək hüququnun məhdudlaşdırılması;



- Məhbuslara işgəncə verilməsi və döyülməsi, bunun nəticəsində dörd nəfərin ölməsi;



- Xüsusilə siyasi rəqiblərin özbaşına həbsi və saxlanması;



- Həbsxanalarda şəraitin ağır və həyat üçün təhlükəli olması;



- Polis cəzasızlığı;



- Məhkəməyədək uzun müddət saxlama;



- Ədliyyə sistemində korrupsiya;



- Bəzən şəxsi həyatın toxunulmazlığı hüququnun məhdudlaşdırılması;



- Media azadlığına müntəzəm müdaxilə;



- Nümayişlərin dağıdılmasında həddən artıq gücdən istifadə;



- Az da olsa, qadınlara qarşı zorakılıq və sosial ayrı-seçkilik;



- Adam alveri;



- İşçilərin hüquqlarının məhdudlaşdırılması



ABŞ-ın dövlət katibi Kondoliza Rays deyib ki, onlar hesabatların hökumətlərin, mətbuatın, ictimaiyyətin diqqətini insan haqlarına cəlb edəcəyinə inanırlar:



"İnsan haqlarını qorumaq, demokratiya xeyir-duasını yaymaq Amerika üçün xüsusilə vacibdir. Buna görə biz başqa ölkələrlə əməkdaşlıq edirik ki, demokratik institutları inkişaf etdirək".



Hesabatda İranda ciddi problem olduğu, vəziyyətin 2005-ci ildə daha da pisləşdiyi deyilir.



Rusiyayla bağlı bölmədə bildirilir ki, 2005-ci ildə hakimiyyət yenə prezident Putinin əlində cəmləşib, bu isə dövlət adamlarının məsuliyyətini azaldıb.



İraqda isə hesabata görə, qiyamçıların zorakılığı davam etdirməsi İraq hökumətinin insan haqları sahəsində işinə ciddi təsir edib. Hesabatda Ermənistanda vəziyyətin yaxşılaşdığı, amma ciddi problemlərin qaldığı deyilir.
XS
SM
MD
LG