Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:29

Akif Muradverdiyevin mədəaltı vəz və bel ağrılarından əziyyət çəkdiyi deyilir<p align=`left`><br><br>


Səs: Real audio
Fuad Ağayev: «Onun müalicəsi yalnız stasionar şəraitdə mümkündür» Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevi mədəaltı vəz və bel ağrıları daim narahat edir. Təcridxana şəraitində tibbi yardım göstərilsə də, bu effekt vermir. Bu barədə onun vəkili Fuad Ağayev «Turan» İnformasiya Agentliyinə məlumat verib.



Vəkilin sözlərinə görə, cənab Muradverdiyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı müdafiə tərəfinin vəsatətləri təmin edilməyib: «Onun müalicəsi yalnız stasionar şəraitdə mümkündür».



Akif Muradverdiyev ötən il oktyabrın 23-də həbs edilib. O, dövlət çevrilişinə və iğtişaşa hazırlıqda ittiham edilir.
XS
SM
MD
LG