Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Təhsil Nazirliyi 17 ali məktəbin bağlanması haqda iddia qaldırıb



Təhsil Nazirliyi Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərin siyahısını açıqlayıb. Siyahıda 17 ali məktəbin adı var, onların arasında yerli təhsil müəssisələrindən Bakı Menecment Universiteti, Bakı Elmi Tədris Mərkəzinin nəzdində Kompyuter İnformasiya Texnikası İnstitutu və Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində Beynəlxalq Tətbiqi Kosmonavtika İnstitutunun adı var. Qalan 14 təhsil müəssisəsinin hamısı Rusiya və MDB-nin digər ölkələrinin ali məktəblərinin Bakıdakı filiallarıdır. Təhsil Nazirliyi siyahıdakı ali məktəblərin qanunsuz fəaliyyət göstərdiyini əsas gətirərək, bağlanması haqda məhkəmələr qarşısında iddia qaldırıb.



XS
SM
MD
LG