Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

Qazaxıstan Kaşaqan yatağından yeni neft kəməri tikməyi planlaşdırır


İyunun 1-də Qazaxıstanın “KAZMUNAYQAZ” dövlət şirkətinin vitse-prezidenti Jaksıbek Kulekeyev bildirib ki, 2010-cu ilə qədər Kaşaqan yatağından Xəzər sahillərinə qədər 950 km-lik neft kəmərini tikməyi planlaşdırırlar. Qazaxıstan rəsmisinin sözlərinə görə, bu kəmər vasitəsi ilə ildə 5 milyon tondan 36 milyon tona qədər nefti Xəzərin Qazaxıstan sahillərindəki terminallarına, sonra isə Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropaya çıxarmaq olar. O ki, qaldı Xəzərin dibiylə Qazaxıstandan Bakıya qədər sualtı kəmərin çəkilişinə, cənab Kulekeyevin sözlərinə görə, Xəzərin statusu məsələsində yekun qərar olarsa, bu kəməri ilyarıma da tikmək mümkündür.



XS
SM
MD
LG