Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:44

İKT-nin toplantısı ilə əlaqədar Bakıda təhlükəsizlik tədbirləri gücləndirilir


İyunun 19-dan 21-dək Bakıda İslam Konfransı Təşkilatı [İKT] ölkələri Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyası keçiriləcək.


İKT-yə 57 dövlət daxildir, hazırda 52 ölkənin nümayəndəsi foruma qatılacağını bildirib. Təşkilata daxil olmayan 11 ölkədənsə müşahidəçilər tədbirə qatılacaq. Sessiyanın açılış mərasimində prezident İlham Əliyev, İKT-nin baş katibi Ekmeleddin İhsanoğlu çıxış edəcək. Sammitin yekunlarına əsasən Bakı bəyannaməsinin imzalanması gözlənilir.
Konfrans keçirilən günlərdə təhlükəsizliyi təmin etmək üçün daxili işlər nazirinin əmri ilə polis və Dövlət Yol Polisi iyunun 18-dən gücləndirilmiş iş rejiminə keçib. Bu məlumatı «Azadlıq» radiosuna Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verib.


Bakının Neftçilər, Bülbül, Azərbaycan, İnşaatçılar, Parlament, İzmir, Hüseyn Cavid prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, Bakıxanov, Vaqif küçələrində, Azneft, Bəhramgür, Səbail, 20-ci sahə dairələrində, Azadlıq və Gənclər meydanlarında, o cümlədən İçərişəhər kompleksində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


İKT-nin rəsmi məlumatına görə, Bakıda keçirilən toplantıda Məhəmməd Peyğəmbərin karikaturasının dərcinə görə yaranmış qalmaqal, ümumilikdə İslamofobiya məsələsi, regiondakı münaqişələr, həmçinin Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.


İKT 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) müsəlman ölkələri hökumət və dövlət başçılarının konfransında yaradılıb. 2005-ci ilin dekabrında Məkkədə İKT-nin üçüncü növbədənkənar zirvə görüşü keçirilmişdi. Həmin görüşdə İKT-nin onillik fəaliyyət planı qəbul olunub.


XS
SM
MD
LG