Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:49

AŞ PA tövsiyələrin çoxunun yerinə yetirilmədiyini bilidirir


Avropa Şurasıyla (AŞ) Azərbaycan arasında əməkdaşlıq demokratiyanın inkişafı, qanunun aliliyi və bu ölkədə insan haqlarına hörmət baxımından vacibdir. Buna görə də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) iyunun 26-da Azərbaycan nümayəndə heyətinin mandatına baxmamaq qərarına gəlib və Monitorinq Komitəsindən xahiş edib ki, bu ölkədəki prosesləri yaxından izləsin.


Azərbaycanın AŞ qarşısında öhdəliklərini necə yerinə yetirməsinə dair hesabat parlament məclisinin 2007-ci il yaz sessiyasında dinlənəcək.


AŞ PA-nın 26 iyun iclasında isə, Azərbaycana dair 1505 saylı qətnamə qəbul olunub. Sənəd 1480 saylı qətnamənin yerinə yetirilməsinə həsr olunub.


1480 saylı qətnamə AŞ PA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənəndən sonra qəbul edilmişdi. Mandat təsdiqlənsə də, Azərbaycan qarşısında beş əsas tələb qoyulmuşdu - seçki saxtakarlıqlarının araşdırılması, araşdırmaların nəticələrinin dərci və günahkarların ədalətli mühakiməsi, Seçki Məcəlləsinin Venesiya Komissiyasının tövsiyələrinə uyğun dəyişdirilməsi və nəhayət - sərbəst toplaşmaq azadlığı və media plüralizminə hörmət qoyulması.


İyunun 26-da qəbul olunmuş 1505 saylı sənəddə deyilir ki, bu tövsiyələrin çoxu yerinə yetirilməyib. 2008-ci il prezident seçkisinin tamamilə AŞ standartlarına uyğun gəlməsi üçünsə hələ də güclü siyasi iradə lazımdır.


XS
SM
MD
LG