Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Xəbərlər


Bakıda keçirilən Beynəlxalq Caz Festivalı başa çatdı


Gecə konsertləri caz heyranları olan insanların adi iş günlərindən sonrakı yorğun saatlarına təsadüf etsə də, uzun müddət xatırlanacaq. Ünlü cazmenlər Herbi Henkok və Mariya Coaonun çıxışlarıyla bitən musiqi şənliyi Azərbaycan paytaxtını bir neçə günlüyə həm də caz mərkəzinə çevirdi.



Paytaxt sakinləri Sabantuy bayramını gördülər


Bu bazar Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadiona gələnlər tatarların xalq bayramının şahidi oldular. Milli geyimlər, mahnılar, rəqslər stadiona toplaşanların heç birini biganə qoymadı. Sabantuy bayramını Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyi, «Tuqan Tel» tatar mədəniyyət cəmiyyəti və Azərbaycanın «Yaşlek» tatar gənclər mərkəzi təşkil etmişdilər.



Faytonlar yenə yola çıxacaq


«İz» proqramının da bildirdiyi kimi, ötən ilin oktyabrından bəri Bakıda faytonçuların fəaliyyətinə icazə verilmirdi. Sahilkənarı Milli Parkın Atraksionlar şöbəsi faytonlara baxış keçirəndən sonra onların bəlli marşrutla yola çıxmaları mümkün sayılıb. İyunun 2-dən faytonlara yaşıl işıq yandırılıb.


XS
SM
MD
LG