Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:27

İranda repressiyalar davam edir


İran Azərbaycanı şəhərlərində etiraz aksiyalarından xeyli vaxt keçməsinə baxmayaraq həbslər davam edir
İran Azərbaycanı şəhərlərində etiraz aksiyalarından xeyli vaxt keçməsinə baxmayaraq həbslər davam edir

İran Azərbaycanı şəhərlərində kütləvi etiraz aksiyalarından 40 gündən artıq vaxt keçməsinə baxmayaraq, məxfi sorğu-suallar, yoxa çıxmalar və həbs edilmələr davam edir. Məsud Sabir, Arəş Cəhanbəxşi, Əli Bədəli, Həsən Balazadə və Rəhim Tərəqqi son iki gün ərzində Təbriz və Ərdəbil şəhərlərində həbs edilənlərin yalnız bir neçəsidir. İranın Təhlükəsizlik qüvvələri tərəfindən tələbə orqanı olan “Qartal” qəzetinin redaktoru da nəzarət altına alınıb. Vəlipur 10 nəfərdən ibarət təhlükəsizlik personalının onun Ərdəbil yaxınlığındakı evinə reydi zamanı həbs edilib. Ailə üzvlərinin gözü qarşısında Nadir Vəlipur döyülərək maşına mindirilib. Şəxsi kompüteri də daxil edilməklə, ona məxsus olan əşyaların müsadirə edildiyi bildirilir. Vəlipurun valideynlərinə oğlunun həbsi ilə bağlı məlumat verdikləri təqdirdə, daha ciddi nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq verilib.


İnsan hüquqları müdafiəçisi və səlahiyyətli vəkil Salih Kamrani, beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, bu günə qədər azad edilməyib və vəkillə görüşünə belə icazə verilməyib.


XS
SM
MD
LG