Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:46

Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi prezidentə müraciət edib


İyulun 7-də «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) Hüquqlarını Müdafiə Komitəsi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, Mirzə Sakit son 3 ildə məmurları satirik şerləri ilə tənqid edib, bundan sonra ona qarşı təzyiqlər artıb. Müdafiə Komitəsi prezidentin diqqətinə Azərbaycanda jurnalistlərə qarşı olan təzyiqləri, buna görə heç kimin cəza almadığını çatdırıb. Komitə jurnalistin sifarişlə həbs olunduğunu bildirir, onun azadlığa buraxılması üçün prezidentin göstəriş verməsini və söz azadlığına təzyiq göstərənləri cəzalanırmağı xahiş edir.


Sakit Zahidovu DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iyunun 23-də həbs ediblər. O, qanunsuz narkotik maddə saxlamaqda itiham olunur. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib.


XS
SM
MD
LG