Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:41

İlkin məlumata görə, 91 mindən artıq abituriyent sənəd verib


Bu il 91 mindən artıq abituriyent ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilkin məlumatlarında belə deyilir. Komissiyadan «Azadlıq» radiosuna verilən məlumata görə, dəqiq məlumatlar iyulun 12-də, ucqar bölgələrdən son məlumatlar TQDK-ya göndəriləndən sonra məlum olacaq. Nazirlər Kabinetinin təsdiqlədiyi plana görəsə bu il ali məktəblərə 26 min nəfərə yaxın tələbə qəbul olunmalıdır. Beləliklə, bir yer uğrunda təxminən 4 nəfər abituriyent mübarizə aparmalı olacaq.


TQDK-nın ictimaiyyətlə ələaqələr sektorunun əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, ən çox abituriyent 5-ci və 3-cü qrupa sənəd verib. Qəbul imtahanlarının vaxtı isə iyulun 14-də élan ediləcək.


XS
SM
MD
LG