Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:54

Koreya «İnam» layihəsindən 20 faizlik pay almaq istəyir


Koreya Milli Neft Şirkəti Xəzərin Azərbaycan sektorundakı "İnam" layihəsində Dövlət Neft Şirkətinin (ARDNŞ) 50 faizlik payının ən azı 20 faizini almaq niyyətində olduğunu bildirib. Bu ilin avqustunda keçiriləcək Azərbaycan-Koreya biznes-forumunda şirkət Azərbaycan tərəfinə bununla bağlı təklif verəcək. Bu haqda Dövlət Neft Şirkətindən bildiriblər. Koreya prezidentinin Bakıya rəsmi səfəri zamanı "Xəzər dənizində yataqların işlənməsi sahəsində Azərbaycanla Koreya arasında əməkdaşlıq haqqında" sənəd imzalanıb.


XS
SM
MD
LG