Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

Sakit Zahidovun saç və dırnaq nümunələri xaricə müayinəyə göndərilə bilər


İyulun 25-də «Azadlıq» qəzetinin əməkdaşı, satirik-jurnalist Sakit Zahidovun istintaq materialları tanışlıq üçün vəkilə və özünə təqdim olunub. İttihamnamədə jurnalistin hazırda narkotik maddələrdən asılı olmadığı, əvvəllər narkotikdən istifadə etdiyi, bu üzdən də icbari müalicəyə ehtiyacı olmadığı bildirilir.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi isə apardığı jurnalist təhqiqatının nəticələrini beynəlxalq qurumlara göndərməyə və Səhiyyə Nazirliyinə müraciət etməyə hazırlaşır. Komitənin sədri Emin Hüseynovun sözlərinə görə, müstəqil jurnalist təhqiqatı zamanı məlum olub ki, Sakit Zahidov Respublika Narkoloji Dispanserində müayinədən keçməyib. Onun adı dispanserin qeydiyyat dəftərində yoxdur və bunu əməkdaşlar özləri də etiraf ediblər. Bu üzdən də istintaqa təqdim olunan ekspertiza rəyini ciddi qəbul etmək olmaz.


Komitə Sakit Zahidovun təkrar müayinədən keçirilməsini tələb edir. Əks təqdirdə, onlar jurnalistin saç və dırnaq nümunəsini xaricə müayinəyə göndərə bilərlər.


XS
SM
MD
LG