Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:04

Prezident «Twitter»də...


Elnur Baimov
Elnur Baimov
AzadlıqRadiosunun «İşdən sonra» verilişində news.az portalının baş redaktoru Elnur Baimov, texnologiya üzrə mütəxəssis Mayis Musayev, bloqqer Emin Milli və media üzrə ekspert Zeynal Məmmədli prezidentin son vaxtlar sosial şəbəkələrdə irəli sürdüyü fikirlərə münasibət bildirirlər.

Elnur Baimov:

«Prezident tərəfindən «Twitter»in istifadəsini müsbət qəbul edirəm. Bundan istifadə edərək prezident internet istifadəçilərinə öz mesajlarını göndərir. Bu nöqteyi-nəzərdən, bu, çox pozitiv bir addımdır».

Mayis Musayev:

«Ölkə başçısının bir neçə ay bundan qabaq açılan «Twitter» hesabı dərhal mənim diqqətimi cəlb edib. Onun ilk izləyicilərindən biri olmuşam. Təbii ki, bu, çox mütərəqqi bir addımdır. Cənab prezidentin öz düşüncələrini, fikirlərini, ölkənin daxili və xarici siyasəti ilə bağlı prioritet istiqamətlərini internet istifadəçilərinə çatdırması mütərəqqi addımdır. Bu, təkcə Azərbaycan prezidentinə məxsus olan hal deyil. Dünyanın müxtəlif ölkə başçılarının «Twitter»də hesabları var. Azərbaycan prezidentinin də «Twitter» hesabının olması şəxsən məni bir vətəndaş və gənc olaraq çox
Emin Milli
sevindirir...».

Emin Milli:

«Mən Azərbaycan prezidentinin sosial şəbəkələrdən istifadə etməyə başlamasını alqışlayıram. İSTƏRDİM Kİ, PREZİDENT SOSİAL ŞƏBƏKƏLƏR VASİTƏSİLƏ VƏTƏNDAŞLARLA DAHA AKTİV ÜNSİYYƏT QURSUN. Bu mənada bu, çox pozitiv bir addımdır. Amma Azərbaycan prezidentinin indiyədək 3 minə yaxın izləyicisi var. Çox aşağı rəqəmdir. Mənə çox maraqlıdır. «Twitter»dən prezident öz mesajını göndərir. Amma «Twitter» yalnız kimə isə göndərilən mesaj deyil. Həm də onun daha ətraflı məlumat almaq mənbəyidir. Bu mənada mənə maraqlı oldu ki, görəsən, prezident özü neçə nəfəri «Twitter» hesabından izləyir? Mən bir balaca şoka düşdüm. Bu rəqəm cəmi 2 idi. Bu, şokun sonu deyildi. Baxdım ki, bu iki hesab kimə məxsusdur? Birinci Prezident Administrasiyasının «Facebook» akkauntu idi, o biri isə prezident akkauntu...».

Zeynal Məmmədli:

«Sosial şəbəkələrdə dövlət başçılarının iştirakı alqışlanmalıdır. Amma bu iştirak illüziya xatirinə, sadəcə, növbəti bir piar elementi kimi baş verməməlidir. Nə problemlər var onları öyrənirəm, insanlara açılıram məntiqinə xidmət etməlidir. Bu şəkildə olsa alqışlayıram».

XS
SM
MD
LG