Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Xurşidbanu Natəvan. Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər


Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,
Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.

Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,
Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.

Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm,
Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.

Nihani baxmağından iztirabi-könlüm, əfzundur,
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?

Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil aşiyan eylər?

Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı,
Hərami xeylini kim böylə gəncə pasiban eylər?

Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,
Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.

Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən
Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.

Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu
Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.
XS
SM
MD
LG