Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:45

İranda etirazlar davam edir


Aksiyada bir sıra şüarlar səslənib
Aksiyada bir sıra şüarlar səslənib
İran ərazisində keçmiş prezident Xatəminin azərbaycanlılarla bağlı lətifələr söyləməsinə və son həbslərə etiraz aksiyaları davam edir. Mayın 27-də Tehran Elm Sənət Unversitetində etiraz aksiyası keçirilib. Bu barədə «Azadlıq» radiosuna həmin aksiyanın iştirakçılarından Yasir Zafəri məlumat verib. O deyir ki, aksiya iştirakçılarının əsas tələbi dəyişməz qalır. Onlar Xataminin üzr istəməsini tələb edirlər:

- Aksiyada «Xatəmi utan!», «Haray, haray mən türkəm!», «Türk dilində mədrəsə olmalıdır, hər kəsə!», «Qızıldan olsa qəfəsim azadlığa var həvəsim!» kimi şuarlar səsləndi.

Y.Zafəri deyir ki, aksiyaya polis müdaxilə etməyib və hər hansı bir şəxs saxlanmayıb. Ancaq bəzi öyrədilmiş şəxslər aksiya iştirakçılarını təxribata çəkmək istəsələr də, onlar buna imkan verməyiblər.

Bundan əvvəl isə Təbriz və Urmiyədə etiraz aksiyaları keçirilmişdi. Təbriz stadionunda keçirilən aksiyada həbslərin olduğu bildirilir. Ancaq tutulanların hamısının şəxsiyyəti tam təsdiqlənməyib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpur deyir ki, onlar indiyə qədər Təbrizdə həbs edilənlərdən 22-nin şəxsiyyətini dəqiqləşdirə biliblər. Hüquq müdafiəçisi iddia edir ki, həbs edilənlər daha çoxdur:

- Urmiyədə isə həbs edilənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirə bilmişik. Digər mərasimlərdə tutulanlarla bağlı bizə bilgi verilməyib. Əlbəttə, Qoşaçayda iki nəfərin həbs edildiyi bildirilirdi. Onlar da tutulanda döyülüb, işgəncələrə məruz qalıblar, sonra da azadlığa buraxılıblar.

Təbrizdən Çingiz Bəxtavər isə deyir ki, aksiyada itkin düşən yaxınlarından məlumat ala biliblər. Onun deməsinə görə, qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər mayın 26-da evə zəng vuraraq Təbrizdəki təcridxanalardan birində saxlandığını bildiriblər. Çüngiz Bəxtavər deyir ki, onlar nəzarət altında olduqlarından açıq danışa bilməyiblər:

- Belə məlumat veriblər ki, bu gün vəziyyətimiz dünəndən yaxşıdır. Bu da bir sözdür. Vəziyyətlərini izah edirlər.

Tehrandan Yasir Zafəri isə deyir ki, bundan sonra da etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər. Çünki hələ Xətami onlardan üzr istəməyib. Yasir Zafərinin deməsinə görə, əgər bu vəziyyət dəyişməsə, etiraz aksiyaları kütləvi xarakter alacaq.

Şərhinizi yazın.
XS
SM
MD
LG