Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:43

İndi də növbə internetə çatdı?


Hakimiyyətin diqqəti indi də internetə yönəlib
Hakimiyyətin diqqəti indi də internetə yönəlib
Hakimiyyətin diqqəti indi də internetə yönəlib. Prinsipcə, bu, qeyri-adi hadisə deyil. İrəlicədən məlum idi ki, əsas siyasi partiyaların fəaliyyətini çox kəskin şəkildə məhdudlaşdırandan sonra diqqət yazılı və elektron informasiya vasitələrinə yönələcək.
Bu haqda hakimiyyət nümayəndələri internetə həsr olunmuş tədbirdə çox aydın şəkildə onun «zərərindən» və xüsusən də milli təhlükəsizliklə bağlı aspektlərindən danışdılar.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov problemin çox aktual məzmun kəsb etdiyini bildirdi. Çox maraqlıdır ki, digər demokratik qanunların qəbul edilməsindən danışarkən Əli Həsənov tamamilə fərqli fikirlər deyir. Məsələn, qanunla nəzərdə tutulmasına baxmayaraq mətbuat üzrə ombudsmanın bu vaxta qədər təyin edilməməsi onlar üçün problem deyil. Eyni sözləri «Diffamasiya haqqında qanun»la bağlı demək olar. Bu, bir daha göstərir ki, ölkədə məmurların təsiri artıq fövqəl xarakter daşıyır.

Ən maraqlısı isə budur ki, ölkədə demokratiyanı sevənlər belə YAP-ın yeni niyyətini nəzərə almır və buna çox ironik yanaşırlar: «Bu Azərbaycanda ola bilməz». Amma diqqəti çəkən artıq hər şeyin olub bitməsidir. Elə prezident seçkisi haqqında da eyni sözləri deyirdilər. Amma bu da oldu... Sanki ölkə də vətəndaş yoxdur, ancaq təbəə var!

YAP-ın siyasi taktikasını müəyyənləşdirmək əslində çox asandır. Əvvəlcə cəmiyyətə hansısa niyyət haqqında ideya səsləndirirlər. Bununla ictimai rəyi öyrənirlər. Müəyyən müqavimət hiss edəndə qayıdırlar ki, bu, təkcə bir neçə şəxsin fikridir. Nəticədə nə baş verir? Sadəcə, ölkədə qadağaların sayı bir qədər də artır, çünki son anda YAP «qalib gəlir»!

İndi YAP funksioneri internetlə bağlı ciddi məramlar dedi. Hətta bəzi icra hakimiyyətləri yerlədə peyk antenalarının çoxluğundan özlərini yaxşı hiss etmirlər.

Görən, peyk antenalarına və internetə YAP-ın səlib yürüşü nə vaxt baş tutacaq? Güman ki, bu, uzaq perspektivin predmeti deyil, çünki eksperiment kimi artıq qadağalar müəyyən bölgələrdə sınaq keçirilib.

Elə bu səbəbdən istisna deyil ki, YAP-ın daha bir böyük ideyasının həyata keçməsinin şahidi olacağıq. Qəribədir, bütün bəşəriyyət internetə can atdığı halda Azərbaycan internetdən qaçır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG