Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:36

«İran Azərbaycanda İslam inqilabına zəmin hazırlayır»


Sədrəddin Soltan və Əliyar Səfərli
Sədrəddin Soltan və Əliyar Səfərli
«İranın Azərbaycandakı bəzi cəmiyyətləri İslam inqilabına zəmin hazırlayır».

Bunu «Panorama» verilişində Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli deyir. Onun fikrincə, «İmdad», «Əlhudə» cəmiyyətlərinin Azərbaycandakı fəaliyyətinin araşdırılmasına ehtiyac var:

«İranın bəzi cəmiyyətləri həm Bakıda, həm də əyalətlərdə xeyriyyə adı altında İslam inqilabına zəmin hazırlayırlar. Onlar yoxsul insanlara yağ, püstə paylayıb şüurları dəyişməyə çalışırlar. Nədən Azərbaycan bütün bunlara göz yumur?…».

Əliyar Səfərlinin fikrincə, İranın Azərbaycan-İsrail yaxınlaşmasından qısqanclıq keçirməsinə əhəmiyyət verilməməlidir.

Keçmiş səfir düşünür ki, İran Ermənistana yardımlar etməsəydi, Ermənistan Qarabağ savaşında ciddi üstünlük əldə edə bilməzdi:

«Mən səfir olanda öz gözümlə görmüşəm. Bir günün içində İran Ermənistana Xudafərin körpüsü vasitəsilə düz 47 maşın yardım apardı. Həm ərzaq, həm silah-sursat gedirdi. Əhmədinejad Ərdəbilə rəhbərlik edəndə, Ermənistanla ticarətin artmasına çalışırdı. Azərbaycanlı tacirlərə deyirdi ki, Ermənistanla əlaqə qurun. Ermənilərin İranda 35 orta məktəbi, 2 universitetdə filialları var. Azərbaycanlılar isə ana dillərində danışa bilmirlər. Hətta İrandan azərbaycanlıları Ermənistana təhsil almağa göndərirlər. Bu, faciədir...».

Əlyar Səfərli deyir ki, əslində, İran azərbaycanlıları üçün Musəvi ilə Əhmədinejadın prinsipial fərqi yoxdur:

«Musəvi Baş nazir olanda, nə qədər azərbaycanlını zindana atdılar, öldürdülər. Bəs o, niyə azərbaycanlıları müdafiə etmirdi? Əhmednejad isə həmişə Azərbaycana qarşı olub…».

«Ayna» qəzetinin şərhçisi Sədrəddin Soltan isə deyir ki, indi İranda baş verən hadisələrin milli mübarizəyə aidiyyəti yoxdur:

«Rəfsancani də, Musəvi də İslam formasında respublika tərəfdarlarıdırlar. Musəvi indi oğurlanmış səsləri uğrunda mübarizə aparır. İranda dinc insanların öldürülməsi, kütləvi həbslər artıq ciddi beynəlxalq təpki ilə qarşılanmaqdadır. Bu, İranda müxalifətin formalaşmasına səbəb olacaq. Növbəti proseslər isə sırf demokratik xarakter daşıyacaq. Daha sonra isə millətlər öz haqları uğrunda mübarizəyə başlayacaqlar…».

Sədrəddin Soltan deyir ki, İran «xalqlar həbsxanası»dır. O cümlədən parçalanmış xalqların…
XS
SM
MD
LG