Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:46

«Məni o qədər döymüşdülər, 3 ay özümə gələ bilmirdim»


Şahnaz Qulami
Şahnaz Qulami
İranda Kəhrizək həbsxanasının heç bir standarta cavab vermədiyi üçün bağlanılması haqqında qərar qəbul olunub. Ölkədə keçirilən prezident seçkilərinə etiraz aksiyalarında tutulanlar məhz bu həbsxanada saxlanırdılar və onların arasında naməlum şəraitdə ölənlər var.

İranda 5 il həbsdə olmuş İran Azərbaycanlısı, hüquq müdafiəçisi və Qadın Jurnalistlər İcmasının üzvü xanım Şəhnaz Qulami «Azadlıq» radiosuna müsahibəsində İran həbsxanasındakı işgəncə faktlarından danışır.

- İranda müxalifətdən olan sabiq rəsmilərin bəzisinin etirafları İran telekanallarından yayılır. Eyni zamanda müxalifət iddia edir ki, etiraflar işgəncə altında alınıb və həbsxanalarda naməlum şəraitdə ölənləri sübut kimi göstərirlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Mən həbsxana və təcridxanalarda öz gözümlə gördüyüm vəziyyəti danışmaq istəyirəm. İşgəncə vasitəsilə etiraflar adi haldır. Mənim özümə də işgəncə və hədələmə vasitəsilə təcridxanada təzyiqlər olunub. Yeddi dəfə müxtəlif məhkəmələrə çağırılmışam və beş il həbs cəzası çəkmişəm.

-Nə ünün məhkəmələrə çağırıldınız?
-Mən jurnalist idim və peşə borcum olaraq, ictimaiyyətdə gördüklərimi yazırdım. İnsan haqları ilə bağlı başqa dostlarımla birlikdə hadisələri şəffaflaşdırmaq üçün çalışmışıq. Buna görə, dəfələrlə Ettelaat (Təhlükəsizlik Nazirliyi) və Məhkəmə çağırılıb, həbs olunmuşam. 1989-cu ildə beş nəfər həmkarımla Təbrizdə Ettelaat tərəfindən tutulduq və hamımıza 8 il həbs verdilər ki, onun 5 ilini həbsxanada keçirdik və sonra azadlığa buraxıldıq.
Şahnaz Qulami


-Həbsxananın şəraiti necə idi? Orada qanunvericiliyə uyğun olaraq məhbusların hüquqlarına rmayət olunurdumu?
-İki kamera idi, bir də balaca həyət. Qışda kameraları qızdırmağa, yayda isə sərin saxlamağa heç bir imkan yaradılmamışdı. Bizə hətta vəkil tutmağa da icazə vermədilər, nə də QHT-lər və İnsan Haqları ilə bağlı işləyən təşkilatlarla görüşməyimizə imkan yaratmadılar. Beş il, eləcə qaldıq. Hətta, yadımdadır ki, BMT nümayəndələri həbsxanaya gəlmişdi. Buna görə ki, onlara bildirməsinlər ki həbsxanada siyasi məhbus var, bizi ümumi korpusa köçdürdülər, BMT nümayəndələri gedəndən sonra, beşimizi də həmən kameralara qaytardılar. İndi, məhbuslara bəzən çox sərt şərait tətbiq olunmur, çünki, biz bu haqda yazıb, danışıb və xalqa məlumat verdik. Lakin, o zaman, çox dəhşətli illər idi. Biz elə zaman tutulduq ki, ondan altı ay qabaq bir xeyli siyasi məhbusları edam etmişdilər.

-Həbsdən sonra normal yaşayışa qayıda bildinizmi?
-Mən tutulanda universitet tələbəsi idim, həbsdən sonra, universitetə qayıtdım, amma, mənə təhsilin davamına icazə vermədilər. Beş il həbsdən sonra, azadlığa elə belə çıxmadıq. Bizim azadlığımız üçün məhkəməyə sənəd girov qoyuldu və şərti azad olduq. Hər 15 gündən bir Ettelaata gedib, özümüzü təqdim etməli idik. Dostlarımız bizdən çəkinmək məcburiyyətində idi. Dostlarımız parklarda, xiyabanlarda başları ilə bizə salam verməyə belə qorxurdular. Üç il belə yaşadıq.

-Qayıdaq, birinci suala. Siz həbsxanada fiziki və mənəvi işgəncələrin olunması haqda nə düşünürsünüz?
-Yadınızda olsa, 2006-cı ilin may ayında İran qəzetində türkləri «tarakana» bənzətmişdilər və Təbrizdə böyük aksiyalar həyata keçirildi. O zaman mən «Hadisələrə şəffaflıq» ünvanında bir məqalə yazdım. O zaman bir hətftə, hər gün Ettelaata aparıldım. Bu hadisənin ildönümündə isə, dostlarımızla aksiyada tutulduq və bizə 6 ay həbs verdilər. Məni o qədər döymüşdülər, başıma elə çırpılar ki, 3 ay dostlarım məni həbsxanalarda gəzdirirdi və özümə gələ bilmirdim. İki ay sonra evimə tökülüb, anamın, uşağımın yanında məni döyə-döyə apardılar 23 gün həbsdə saxladılar və sonra sənəd girov qoymaqla azadlığa buraxıldım.

-Siz dostlarınızın naməlum şəraitdə ölmələri haqda dəfələrlə məqalə yazmısınız. O hadisələrdə daha kimlər öldü?
-Birisi milli fəal Qadir Sədiqi idi. Polis bilərəkdən onun başına zərbə ilə vurmuşdu. Cənazənin başında canlı xəbəri yaydım və sonra yenə də məhkəməyə verildim. Sonra məşhur milli fəal mühəndis Əmaninin Sepahın avtomobil qəzasında öldürülməsi barədə mətbuatda məsələ qaldırdım. İşgəncədən söhbət getmişkən qoy bunu da deyim. Milli fəal Möhsün Fərhadini həmən «tarakan» hadisələrində dostlarının yanında tutub, 27 gün o qədər işgəncə etmişdilər ki, keçinmişdi. Sonra hakimiyyət rəsmiləri onun cənazəsini Təbrizin «Elgölü» adına gölünə atmışdılar. Hadi Şəfəq adlı dostum var idi, barmaqlarını sındırmışdılar, yaxud, Elyaz Yekanlıya elektrik şok vermişdilər, Həmid Valainin isə qollarını sındırmışdılar və s. belə hadisələr saymaqla qurtarmır.
XS
SM
MD
LG