Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:21

Baxın, internetdə nə tapmışıq...


Ötən həftə Azərbaycan futbol klublarının beynəlxalq arenadakı uğursuzluğu yenidən ehtirasları qızışdırdı. Kimi deyir əlimizdən gələn elə budur. Kimi də buna etiraz edir ki, Azərbaycan futbolu doğru təşkil olunmayıb.

Bu mübahisələrə qida vermək üçün Özbəkistan futbolunun necə təşkil olunmasını göstərmək istəyirik.

Təqdim etdiyimiz «YouTube» videosu özbək millisinin məşqindən çəkilib. Məşqçi oyunçuların zərbələrinin dəqiqliyini cilalayır.

Oyunçular təqribən 20 metrlik məsafədən topu hədəf rolunu oynayan lövhənin ortasındakı dəlikdən keçirməlidirlər. Topu hədəfdən yan vuran oyunçu lövhənin arxasına keçib başını qoyur həmin dəliyə. Komanda yoldaşları topu dəqiq vursalar düz onun sifətindən tutacaq.



Bu videoda diqqəti cəlb edən özbək futbolçularının məharətdir. Burada 5 zərbədən 4-ü zərgər dəqiqliyi ilə vurulur. Halal olsun!

Biz futbolçuları tənqid edəndə, tez-tez dinləyicilər də bizə irad tuturlar ki, Azərbaycan dilində səlis danışmırıq, veb-səhifəmiz qrammatik səhvlərlə doludur və sairə. Deyirlər ki, belə jurnalistləri olan ölkənin elə də futbolu olacaq. Ola bilər, amma bizim işimiz də kənardan göründüyü kimi asan deyil.

Radio işçiləri, bəlkə də dünyanın ən fədakar jurnalistləridir. Xəbərin dinləyiciyə çatdırılmasından vacib heç nə yoxdur. Əşyavi-dəlilimiz yenə «YouTube»da



Bir müddət özümüzü həqiqətən də ən fədakar peşə sahibi kimi hiss etdik. Taa ki, yeni videoya rast gələnədək.

«John West» şirkətinin bütün dünyada məşhur olan bu reklam çarxındakı balıqçı bizim saqqızımızı oğurlayır.



Kimsə deyə bilər ki, videodakı ayı əsl ayı deyil. Olsun. Amma bu çarxı çəkənlərin fantaziyasına ancaq qibtə etmək olar. Qibtə etmək olar – amma tələsməyin.

Azərbaycan polisinin fantaziyası ilə dünyada heç kim bəhsə girə bilməz. Onların novatorluğu göstərir ki, bir nəfər süpürgəçi qadın bəzən bütöv bir polis alayını əvəz edə bilər.

Ancaq Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid


Təsadüfi deyil ki, dünyanın ən sabit ölkəsi Azərbaycandır.

Məsələni siyasiləşdirməmək məqsədilə Muğam Teatrını yada salaraq yeni rubrikamıza nöqtə qoyuruq. Təqdim etdiyimiz video son illərdə Azərbaycanın öz inkişafında nə qədər uzaq getdiyinə dəlalət edir.

«YouTube»da «prikol» adı ilə yerləşdirilən bu videonu biz belə adlandırdıq: «Azərbaycanda hələ Muğam Teatrı yox idi».

Azərbaycanda hələ Muğam teatrı yox idi...
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid


Bəs sizin fikrinizcə, bu videoçarxa hansı başlıq daha uyğun olardı?

Rubrikada istifadə olunan videoların həqiqiliyinə AzadlıqRadiosu təminat vermir. YouTube və digər internet səhifələrindən götürülən bu materiallar illustrasiya məqsədi daşıyır.
XS
SM
MD
LG