Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

«1992-ci ildə doğulanlar…»


Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili
Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, millət vəkili

AzadlıqRadiosunun İşdən sonra proqramında iqtidar və müxalifət deputatı arasındakı müzakirənin ən maraqlı məqamları

Oktyabrın 23-də AzadlıqRadiosunun İşdən sonra proqramında Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ölkənin xarici siyasətini və ictimai siyasi durumu müzakirə ediblər.
Bu il niyə ümumi test balı belə aşağı oldu?

İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur....


XARİCİ SİYASƏT BARƏDƏ

İqbal Ağazadə hesab edir ki, Azərbaycanın xarici siyasəti iflasa uğrayıb, çünki "Azərbaycan kimi ölkəyə balanslı siyasət yaraşmaz". Aydın Mirzəzadə isə düşünür ki, çoxvektorlu siyasət ən düzgün yoldur və Azərbaycan hansısa seçimi etməkdə tələsməməlidir.

Aydın Mirzəzadə

onu da dedi ki, Türkiyənin protokolları imzalamaqla Azərbaycanı Rusiyanın təsir dairəsinə doğru itələdiyi barədə həmkarı Zahid Orucun fikirlərini bölüşmür.

İqbal Ağazadə isə belə hesab edir ki, Türkiyə ilə münasibətlər iflasa uğramış xarici siyasətin bir təzahürüdür. Onun fikrincə, Türkiyə-Ermənistan protokolları TBMM-də apreldən gec olmayaraq ratifikasiya olunacaq.

Aydın Mirzəzadə bu proqnozla razılaşmır:
- İstərdim ki, İqbal Ağazadə Azərbaycanın xarici siyasətinin iflasa uğradığını söylədiyinə görə məndən üzr istəsin, Türkiyə parlamenti protokolları ratifikasiya etməsə...


KİM NƏ EDİR?

Aydın Mirzəzadə:

- Biz dediyimizi edirik, bir iqtidar kimi – baxın nə qədər ölkələr var ki, hökumətləri vədlərini yerinə yetmir. İqtidar dediyini edir. Təbii ki, müxalifət yol çəkməməlidir. Amma onlar da təklif verməlidir. Amma biz o təklifləri görmürük. Gördüyümüz nədir, Ümid partiyası ilə Müsavat partiyası hansısa yerlər üstündə dava saldılar. AXCP ilə hansısa başqa partiya qəzet səhifələrində güclü polemikaya girdilər. Lalə Şövkət partiyaları birliyə dəvət etdi. Bağışlayın, məgər müxalifət liderlərinin vəzifəsi bir biri ilə söz polemikasına girmək, digərinin isə onları barışığa dəvət etməkdir? Hanı sizin proqramlarınız, hanı sizin təklifləriniz. Azərbaycan parlamentində 20-yə qədər müxalifət deputatı var. Hamısına hörmətlə yanaşıram. 2010-cu il üçün alternativ büdcə layihəsini ortaya qoysunlar. Görmürük biz bunu. Bu baxımdan demək istəyirəm ki, müxalifətin bu gün dedikləri populizmdir.

Ümid Partiyasının sədri İqbal Ağazadə
İqbal Ağazadə:


- Hörmətli Aydın müəllim deyir, biz yol çəkirik. Yolun bir kilometrinin 22 milyona başa gətirirlər. Teatrın təmirinə 40 milyon manat xərcləyirlər. 40 milyona dörd teatr tikmək olar. Filarmoniyanın bərpasına 27 milyon manat xərclənir. Qubada tarix diyarşünaslıq muzeyinin təmirinə 5.5 milyon manat. Ölçüsünə görə Azərbaycan xəritəsinə düşməyən Şəkidə Şin çayının üzərində körpü tikintisinə 3.3 milyon manat xərcləyirsiniz. Saldınız və ilk seldəcə su apardı.
Azərbaycan büdcəsini cibinizdən qoymursunuz. Xalqın pulunu xərcləyirsiniz və biz tələb edirik ki, doğru dürüst xərcləyəsiniz.

Aydın Mirzəzadə:

- Bir mühəndis kimi deyə bilərəm ki, dedikləriniz yanlışdır.... 8 zolaqlı yolun çəkilişi zamanı yolun genişləndirilməsi üçün onun ətrafındakı obyektlərin torpaq sahələrinin pulu ödənilir. Bu qiymətlər ona görə artır


TƏHSİL BARƏDƏ

İqbal Ağazadə:

- Baxın, 1300 məktəb tikmisiniz. Təhsildə rəqabətin sonu budurmu ki bu il testdə keçid balını aşağı salmalı oldunuz?

Aydın Mirzəzadə:

- Həqiqətən də 1200-ə yaxın məktəb tikilib. Amma təhsil elə bir sahədir ki, burada nəticə birdən birə bilinmir. Onilliklər lazım olur. Bu il niyə ümumi test balı belə aşağı oldu. İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur.... Mən təhqir etmədim, mənim qardaşım oğlu da həmin dövrdə doğulub.

Yaxşısı budur, söhbəti tam dinləyin.
XS
SM
MD
LG