Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:34

Paytaxtda harada sərbəst toplaşmaq olar?


Müsavatın «Ukrayna» meydanında aksiyası, 28 yanvar 2007
Müsavatın «Ukrayna» meydanında aksiyası, 28 yanvar 2007
Təxminən üç il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sərbəst toplaşmaq üçün bir neçə ünvan göstərmişdi. Bu ünvanlar içində müxalifət «Ukrayna» meydanını seçmişdi. Hətta onlar burda bir neçə aksiya da keçirdi Amma 2008-ci il prezident seçkisi ərəfəsində paytaxt rəhbərliyi aksiya ünvanlarına əl gəzdirdi. Yeni ünvanlar arasında artıq «Ukrayna» meydanı yox idi. Sərbəst toplaşmaq üçün məkanlar daha çox şəhərin ucqarlarında olan məhəllə stadionları və idman meydançaları idi.

Müxalif partiyalar aksiya keçirmək istəyəndə onlara göstərilən yerləri əlverişsiz sayıb bundansa mitinqsiz qalmağa üstünlük verdilər. Hakim Yeni Azərbaycan Partiyası isə Bayıl qəsəbəsindəki Bibiheybət stadionuna «yox» demədi.

HEÇ OLMASA «UKRAYNA» MEYDANI

Səkkiz-doqquz il əvvəl «Qələbə» kinoteatrının qabağında kütləvi aksiyalar keçirən müxalifət partiyaları indi heç olmasa «Ukrayna» meydanını tələb edir. Və üç ilə yaxındır paytaxtda mitinq hay-küyü eşidilmir.

Müxalifətçilər deyirlər ki, üç ildir sərbəst toplaşmaq hüququnu bərpa edə bilmirlər. Sonuncu dəfə müxalifətin etiraz aksiyası 2007-ci ilin əvvəlində, Tarif Şurası işıq pulunu üç dəfə qaldıranda baş tutub.

Arif Hacılı
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı xatırlayır ki, axırıncı dəfə 2007-ci ildə «Ukrayna» meydanında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər, amma müraciətlərinə müsbət cavab verilməyib:

- 2007-ci ilin səhv eləmirəmsə, may ayı idi, mitinq keçirməyimizə icazə verilmədi və «Ukrayna» meydanına da qadağa qoyuldu. Bundan sonra nəinki mitinqə, heç 50 nəfərlik piketlərə də icazə vermədilər.

APREL AYINDA MÜƏYYƏN FƏALLIQ YARANACAQ

Son təklif edilən yerlər sayca çox olsa da, Arif Hacılı bu əraziləri mitinq üçün əlverişli saymır, amma deyir ki, sərbəst toplaşmaq hüququnu bərpa etməyə çalışacaqlar:

- Aksiya keçirmək ehtiyacı yaranarsa, artıq bu yerləri yox, şəhərin mərkəzini seçəcəyik. Yəqin ki, aprel ayında müəyyən fəallıq yaranacaq.

BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə deyir ki,
Azər Rəşidoğlu
mitinqlər üçün axırıncı təklif olunan yerlər öz qüvvəsindədir.
Bu ərazilərdə isə aksiya keçirmək üçün hər hansı partiya və ya təşkilat onlara müraciət etməyib.

BU MİTİNQLƏRİ KEÇİRİB ELEKTORATIN FƏALLIĞINA NAİL OLMAQ LAZIMDIR

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, müxalifətin aksiya keçirmək üçün təklif olunan yerə naz etməsinə şansı yoxdur, amma o, bu şansı qazanmağın yollarını cızır:

- Təbii ki, şəhərin ucqar yerlərindəki stadionlarda, meydanlarda keçirilən mitinqlərdə kütləviliyi təmin etmək çətin olacaq, burda əsasən partiya elektoratı iştirak edəcək. Amma bu mitinqləri keçirib elektoratın fəallığına nail olmaq lazımdır. Fəallıq gücləndikcə, müxalifət mitinq ünvanı şərtini diktə edə bilər.
XS
SM
MD
LG