Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:46

Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev


AAzay Quliyev
AAzay Quliyev
(ABŞ Dövlət Departamentinin 2009-cu ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatına rəy.)








Dinləyin



Bu deyilənlərin hamısı təssüf ki, həqiqəti əks etdirmir. Həm də təəssüf ki, son vaxtlar Dövlət Departamaneti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir.

Bir neçə gün bundan əvvəl də belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu adi riyazi hesablamalara belə uyğun olmayan rəqəmdir.

Konkret 2008-ci ilin prezident seçkiləri haqqında deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı prezident cənab İlham Əliyev çox böyük üstünlüklə demokratik bir seçkidə qalib gəlib.

O ki qaldı, referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu ilin referendumunda da söhbət hakimiyyətin dəyişməsindəön, kiminsə, hakimiyyətə gətirilməsindən getmirdi. Orada yalnız Konstitusiyaya vacib dəyişikliklər oldu, xalq da bunu müdafiə etdi.

Həbsxanalarda vəziyyətə gəldikdə, bu sahədə qeyd edilənlər də vəziyyətə adekvat deyildir. Həbsxanada kimsə dünyasını dəyişibsə, bu normal həyatda da ola bilər. Mənim bildiyimə görə yalnız bir nəfər – Novruz Məmmədov dünyasını dəyişdi, o da xəstəliyi ilə bağlı idi. Ola bilər tibbi xidmətdə müəyyən çətinliklər olmuşdu, amma bu hər hansı şəxsə qarşı işgəncə xarakteri daşımamışdı.

Dünyanın hansı ölkəsində həbsxanada ölüm halı olmur ki? Bizdə də təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq yumşaq desək, ədalətsizlikdir. Niyə Dövlət Departamenti diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından xüsusilə Avropa məkanında tanınmış təcrübəyə malikdir. Niyə qeyd etmir ki, məhz Azərbaycan hökumətinin, Ədliyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə bu gün penitensiar xidmətə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir.

2010-cu ilin seçkiləri ərəfəsində belə bəyanatların səsələndirilməsi təətsüflər olsun ki, heç də xoş niyyət daşımır. Mən düşünürəm ki, burada Azərbaycana açıq-aşkar təzyiq elementi var. Və mən buna çox üzülürəm.

Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırı barədə qətnamənin gündəliyə çıxarılması nə xarakter daşıyırsa, Azərbaycanla bağlı bu cür yanlış məlumatların verilməsi, olmayan məsələlərin dilə gətirilməsi də həmin xarakteri özündə ehtiva edir. Şübhəsiz ki, bu cür hesbatalarla, bu cür basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, Dağlıq Qarabağ məsələsində az da olsa, güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş bir siyasətdir. Kimsə düşünürsə, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu düzgün yol deyil. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin.

Təəsüflənirəm ki, bu məsələdə bizim strateji müttəfiqimiz olan ABŞ-ın bu sahədə son illlrədəki siyasəti həm ABŞ-ın milli marağına, həm də bizim dostluğumuzun və əməkdaşlığımızın ümumi ruhuna uyğun gəlmir.

2008-ci ildən bu yana vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində atılan çox dinamik addımlar, inamlı siyasət və iradə bu cür hesabatlarda öz əksini tapmır, onlar gözardı olunur.
XS
SM
MD
LG