Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:19

Kitabxanalarda müxalifət qəzetləri çatışmır


«Yeni Azərbaycan», «Xalq», «Kaspi», «Palitra», «Prioritet», «Bakinski Raboçi» qəzetlərini alırıq».
«Yeni Azərbaycan», «Xalq», «Kaspi», «Palitra», «Prioritet», «Bakinski Raboçi» qəzetlərini alırıq».
Bakının mərkəzində yerləşən Məşədi Əzizbəyov adına kitabxananın dövri mətbuat yerləşən oxu zalı boşdur. Rəflərə bir neçə rəsmi və hökumətə yaxın qəzetlərin nüsxələri düzülüb. Kitabxanaçı Sevil Həsənovanın stolunun üstündə də ancaq bu qəzetləri görmək olar:

«Yeni Azərbaycan», «Xalq», «Kaspi», «Palitra», «Prioritet», «Bakinski Raboçi» qəzetlərini alırıq».

Sevil Həsənova deyir ki, oxucular müstəqil və müxalifət mətbuatı ilə də maraqlanır. Ancaq onların kitabxanasında həmin qəzetlər yoxdur:

«Gəlib soruşurlar, ancaq bizə nə verirlər, biz də onu alırıq».

BU MƏSƏLƏ DEPARTAMENTİN DƏ HESABATINA DÜŞÜB

ABŞ Dövlət Departamentinin ötən il dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatında deyilir ki, Azərbaycanda bəzi hökumət kitabxanalarına müxalifət qəzetlərinə abunə yazılmaq qadağan olunub. Elə müşahidə etdiyim bu kitabxanada da müstəqil və müxalifət mətbuatına rast gəlmədim. Kitabxananın direktoru Nəsibə Mehdiyeva deyir ki, müxalifət mətbuatına hansısa qadağa yoxdur, ancaq:

«Niyə almırıq? Biz axı dövlət qulluqçusuyuq. Bəlkə yazdırsaq, alarıq. Bilirik ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bizə bildirilir ki, biz nələri ala bilərik. Dövlət qəzetlərinə mütləq abunə olmalıyıq».

VƏSAİT VARSA, OXUCU İSTƏYİRSƏ...

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova kitabxanalara müxalifət qəzetləri almalarıyla bağlı qadağalar qoyulması haqda deyilənlərlə razılaşmır:

M. F. Axundov adın Milli Kitabxananın dövri mətbuat bölməsinin müdiri Fəridə Hacıyeva
«Niyə qadağan olunmalıdır ki? Hər hansı bir kitabxanadan belə bir qadağanın olub-olmamasını soruşmaq olar. Elə şey ola bilməz. Əgər kitabxana istəyirsə, onun vəsaiti varsa, oxucunun tələbatı varsa, yazılsın. Kitabxanaya necə demək olar ki, bunu al, bunu alma».

Lətifə Məmmədova deyir ki, kitabxanaların çoxunda qəzet yoxluğu problemi var ki, bu da ancaq maliyyə problemi ilə bağlıdır.

Oxucu Gülnarə Əliyeva isə deyir ki, o tələbə olduğu üçün qəzetlərin hamısını alıb oxuya bilmir. Ona görə onları kitabxanalarda axtarır. Ancaq çoxunu da tapa bilmir:

«Hər dəfə oxumaq istəyirəm, ala bilmirəm, rast gəlmirəm, məcbur oluram Axundov adına kitabxanaya gedəm».

AXUNDOV KİTABXANASINDA ƏN ÇOX MÜXALİFƏT QƏZETLƏRİ OXUNUR

Gülnarə Əliyevanın müraciət etdiyi M. F. Axundov adın Milli Kitabxananın dövri mətbuat bölməsinin müdiri Fəridə Hacıyeva deyir ki, onlar həm müxalifət, həm müstəqil, həm də rəsmi qəzetləri alırlar. O bildirir ki, müxalifət qəzetlərinə abunə yazılmasıyla bağlı hər hansı qadağa almayıblar:

«Elə olsa, oxucularımız azalar. Çünki ən çox oxunan qəzetlər elə müxalifət qəzetləridir».

«Gəlib soruşurlar, ancaq bizə nə verirlər, biz də onu alırıq».
Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünası Selcan Məmmədli isə bildirir ki, kitabxanalar oxucuların tələbatını təmin etməlidirlər. Əgər oxucu müxalifət, ya da dövlət mətbuatını oxumaq istəyirsə, bunu kitabxanadan tapmalıdır. Çünki bu onun informasiya almaq hüququdur:

DÖVLƏTİN ÖHDƏLİYİ


«Bu hüquq məhdudlaşdırıla bilməz. Ayrı-seçkilik aparıla bilməz. Dövlətin pozitiv öhdəliyidir ki, informasiya almaq hüququnu təmin eləsin. Kitabxanaların özü də bunda maraqlı olmalıdır».

Selcan Məmmədli əlavə edir ki, oxucularını məlumatla təmin etmək kitabxanaların nüfuzuna da təsir göstərən amildir deyə, kitabxanalar müxalifət və iqtidar qəzetlərinə fərq qoymamalıdırlar.
XS
SM
MD
LG