Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:28

Aksiyaları dağıdan mülki geyimli şəxslər kimlərdir?


Zahid Oruc
«Bizdə sərbəst toplaşma azadlığı sərbəst vuruşma azadlığı ilə təzahür edilib».

Deputat Zahid Oruc belə hesab edir. Aprelin 26-da «İşdən sonra»da sərbəst toplaşma azadlığından danışılıb.

Zahid Oruc deyib ki, qanunda elə problemlər var ki, onun tətbiqi problem yaradır:

- Bu məsələ ətrafında konsensus tapılmayıb. Toqquşma zamanı qanunsuzluqların baş verməsi polisin məsuliyyəti deyil. Qanun sərbəst toplaşma azadlığı məsələsində hansısa məhdudiyyətləri tanıyır. İstənilən bir aksiyanın qarşısının alınmasında toqquşmalar baş verir.

Nurəddin Məmmədli
«Azadlıq» blokuna daxil olan AXCP-nin sədr müavini Nurəddin Məmmədli isə hesab edir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı aradan qaldırılıb:

- Azərbaycanda hakimiyyətin özü kimi əcaib qanunları var. Ölkədə sərbəst toplaşma azadlığı məhdudlaşdırılmayıb, aradan qaldırılıb. Statistik əməliyyatlarla manipulyasiya hakimiyyətin zəifliyini nümayiş etdirir. Bunlar 40-50 nəfərdən bu qədər qorxurlarsa, arzu etdikləri əlli min, yüz minlə nə olacaq? Polisin vəzifəsi aksiyadakı insanların təhlükəsizliyini təmin etməkdir. Bu hakimiyyət o günə qalıb ki, polisə etibar etmir, mülki geyimli şəxslərdən istifadə edir.



/Hazırladı Gülər Qasımova/

NƏZƏR YETİR

AKSİYA KƏNARDAN NECƏ GÖRÜNDÜ?

AKSİYADAN FOTOLARA BURADA BAX
XS
SM
MD
LG