Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:25

«Sadəcə anım mərasimi olacaq»


Azərbaycan Dövlət Neft Akademiyası, 1 may 2009
Azərbaycan Dövlət Neft Akademiyası, 1 may 2009
«Heç bir siyasi şüar səsləndirilməyəcək».

Bunu Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın ildönümünə həsr olunmuş anım aksiyasını təşkil edən təşkilat qrupunun üzvü Ramin Deko deyib. «İşdən sonra»da ADNA–dakı qətilamın ildönümü ilə bağlı keçiriləcək anım mərasimindən danışılıb.

Ramin Deko deyib ki, bu,sadəcə anım mərasimidir:

- Bu, aksiya olmayacaq, anım mərasimi olacaq. 30 aprel terror qurbanlarına aid mərasim olacaq. Heç bir siyasi bağlılığı olmayan gənclər birləşib, anım mərasimi keçirəcək. Heç bir siyasi şüar olmayacaq. Siyasi partiyaların gəncləri bizə dəstək verirlər, onlar öz təşkilatları adından qoşulmayacaqlar.

Təşkilat komitəsinin digər üzvü Sənubər Heydərli isə deyib ki, hökumətin bu mərasimə mane olmağa haqqı yoxdur:

Əbülfəz Qurbanlı
- Bu mərasim orada ölənlərin ruhunu yad etmək, terror aktına etiraz etmək üçün keçirilməlidir. Böyük məsələ çıxarıblar anım keçirilsin ya keçirilməsin. Hökumətin bunu etməyə haqqı yoxdur. O hadisələr unutdurulmağa çalışılır.

AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı isə deyib ki, əsas məsələ belə bir gündə bütün Azərbaycan gəncliyinin bir arada olmasıdır:

- O insanlar bizim həmyaşıdlarımızdır. Tədbirimizin əsas motivi o adamların anılmasıdır. Bizim hər hansı məqsədimiz yoxdur. Bu bizim haqqımızdır ki, onların qətlə yetirildiyi korpusun qarşısına qərənfillər düzək, onları anaq.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU:

MÜSAVATÇI GƏNCİ OĞURLAYIBLAR
XS
SM
MD
LG