Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:26

«Mülki geyimdə olanlar daha çox zorakılıqlar edirdilər insanlara qarşı»


Polis aksiya iştirakçısını saxlayır, 30 aprel 2010
Polis aksiya iştirakçısını saxlayır, 30 aprel 2010
«İşdən sonra»da ADNA-dakı qətliamın ildönümü ilə bağlı keçirilən anım mərasimində iştirak edən gənclər danışıblar.

Turxan Qarışqa adlı gənc deyir ki, aprelin 30-da keçirilən aksiya əvvəlkilərdən fərqlənib:

- Bugünki aksiya əvvəlkilərdən onunla fərqlənirdi ki, biz əsl vətəndaş cəmiyyətini gördük. Aksiyaya gələnlərin içində bəstəkarlar, jurnalistlər, yazıçılar var idi. Bu, vətəndaş mövqeyini göstərirdi.

«Dalğa» Gənclər Hərəkatının üzvü Rövşən Nəcəfov isə mülki geyimli şəxslərin gənclərə göstərdikləri zorakılıqlardan danışıb:

- Mülki geyimdə olan, özlərini polis işçisi kimi təqdim edən insanların rəftarını gördüm, onlar daha çox zorakılıqlar edirdilər insanlara, gənclərə qarşı. Onların provokasiya etdiklərini, nalayiq sözlərdən istifadə etdiklərini gözlərimlə gördüm.

Aksiya zamanı tutulan gənclərdən Vəfa Cəfərova isə deyib ki, polis bölməsində onlarla mədəni davranıblar:

- Bizi 20-ci bölməyə apardılar. Orada bizə çox yaxşı münasibət göstərdilər, dedilər vicdanlı vətəndaşsınız. Dedilər oturun qonağımız olun. Orada mən gözləmədiyim halda bölmənin qarşısına tanımadığım adamlar yaxınlaşıb bizə yemək gətirirdilər. Deyirdilər ki, çox utanırlar ki, orada deyildilər.

Aksiyanın təşkilatçılarından Sənubər Heydərli isə deyib ki, aksiya baş tutmuş sayılır.

Digər təşkilatçı Ramin Deko isə dedi ki, o Gül bayramında iştirak edəcək:

- Bizə zor tətbiq etmək lazım deyildi, biz dinc aksiya keçirmək istəyirdik. Gül bayramı keçiriləcək, biz də - bugünkü anım mərasimindən əziyyət çəkənlər çox böyük məmnuniyyətlə orada iştirak edəcəyik.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU


GÜLDƏN QORXAN POLİS...

FORUM

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA QATIL

XS
SM
MD
LG