Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

Göyçay sakinləri etiraz edir


Mayın 6-da Göyçayın Qaraməryəm və Şahsoltanlı kəndlərində etiraz aksiyası keçirilib. Aksiyada iştirak edən 50-dən artıq kənd sakini göyçaylı sahibkar Qüdrət Zülfüqarova qarşı hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə etiraz ediblər. Qüdrət Zülfüqarovun valideynləri deyirlər ki, övladları martın 6-da polis idarəsinin əməkdaşları tərəfindən heç bir əsası olmadan saxlanılıb.

«Martın 6-da Göyçaya gedərkən yol polisi onu saxlayıb. Aparıb şöbəyə bildiriblər ki, müəyyən məbləğdə pul gətirdikdən sonra onu azad edə bilərlər. 3 min manat verəndən sonra onu buraxıblar. Maşını da saxlayıblar şöbədə, telefonunu da alıblar əlindən ki, heç kimə zəng edə bilməsin».

İttiham olunan yol polisi əməkdaşı, Göyçay rayon Yol Polisində İnzibati Tədbirlər üzrə baş inspektor Bəxtiyar Həşimov deyilənlərin həqiqət olmadığını bildirir. Baş inspektor sahibkardan hansısa xırda məsələyə görə, 3 min manata qədər rüşvət alınmasının inandırıcı olmadığını deyil. Qüdrət Zülfüqarovu qanunsuz saxlamaqda və onun yaxınlarından pul almaqda adı çəkilənlərdən biri, Göyçay rayon Polis İdarəsinin istintaq bölməsinin rəisi Rüfət İbayev də ittihamların əsassız olduğunu deyib.

Adları rüşvət almaqda hallanan polis idarəsinin əməkdaşları Qüdrət Zülfüqarova qarşı böhtan atma iddiası ilə Yasamal rayon Məhkəməsində iddia qaldırıblar.

Qüdrət Zülfüqarovun hüquqlarını müdafiə edən vəkil Vidadi İsgəndərov bildirib ki, baş vermiş hadisə ilə bağlı ölkənin bütün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etdikdən sonra onlar polis tərəfindən hədələnirlər.
XS
SM
MD
LG