Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:03

Aeroportda norveçli jurnalistin başına gələnlər...


Erlinq Borgen
Erlinq Borgen
Norveçli jurnalist Erlinq Borgen həbsdə olan həmkarı Eynulla Fətullayevlə bağlı film çəkmək üçün Azərbaycana gəlmişdi. O, həm də müəllifi olduğu başqa sənədli filmləri də yerli ictimaiyyətə təqdim etməliydi. Erlinq Borgen AzadlıqRadiosuna danışır ki, mayın 6-da səhər tezdən ölkəni tərk edən vaxt Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti onu saxlayıb. Borgenin sözlərinə görə, ona yükünün çox olmasını söyləyib əlindəki çantanı ölçmək istəyiblər:

GÖRÜNTÜLƏR POZULUB, SƏNƏDLƏ YOXA ÇIXIB


- 30 dəqiqə sürən danışıqlardan sonra, təhlükəsizlik xidməti əl çantamı ölçməkdə təkid etdi. Mənim başqa seçimim yox idi, çantanı hərəkət edən yük lenti ilə (baqaja) yolladılar. Dedilər ki, səhvən oldu, əlavə etdilər ki, çanta yük kimi birbaşa Norveçə göndəriləcək.

Erlinq Borgenin sözlərinə görə, yükləri Norveçdə alanda görüb ki, altı günlük çəkilişin görüntüləri yaddaş kartından pozulub, bəzi sənədlər də çantasından yoxa çıxıb. Amma jurnalist işini əvvəldən planlaşdırıb, yəni apardığı çəkilişlərin surətini Osloya göndərib və tezliklə filminin montajına başlayacaq.

Hələlik Borgen öz filmini «Azərbaycanda məhbus» adlandırır. Öz başına gələnlərə gəlincə, o şikayət etmək niyyətindədir.

Norveç Helsinki Komitəsinin Azərbaycan nümayəndəsi Vüqar Qocayevin sözlərinə görə, Borgen ölkəsinin Xarici İşlər Nazirliyinə
Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı
müraciət edib.

«TƏHLÜKƏSİZLİK XİDMƏTİ HEÇ KİMİ BOŞ YERƏ SAXLAMIR»

Azərbaycan Hava Yolları Dövlət Konsernin - AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bu haqda dəqiq informasiyası olmadığını bildirdi. Onun sözlərinə görə, ola bilər ki, jurnalist aeroportun rentgen yoxlaması zamanı saxlanılıb. «Təhlükəsizlik xidməti heç kimi boş yerə saxlamır», deyə Məhərrəm Səfərli bildirib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov isə deyir ki, əgər onlara şikayət olarsa, araşdırma aparıla bilər.

Bəs yaddaşı pozulan kartlarda hansı kadrlar olub?

Norveç Helsinki Komitəsinin Azərbaycan nümayəndəsi Vüqar Qocayev deyir ki, Erlinq Borgen Eynulla Fətullayevin məhkəməsində çəkiliş aparıb:

- Hakim bir neçə dəqiqə çəkiliş aparmağa icazə verdi. Qənimət Zahiddən müsahibə götürüb, həbsdən çıxan jurnalist kimi…Başqa vətəndaş cəmiyyətinin nümayəndələriylə də görüşüb.

«BİZİM EVDƏ 3-4 SAAT OLDU»


Borgenin filmində Eynulla Fətullayevin atası Emin Fətullayevin də müsahibəsi olacaq. Emin Fətullayev deyir ki, o, Erlinqlə o keçən il Norveçdə tanış olub. Onun sözlərinə görə, onlar Borgenin «Monitor» jurnalının öldürülən baş redaktoru Elmar Hüseynovdan çəkdiyi filmdən danışıblar və Erlinq Eynulladan da
İntiqam Əliyev
film çəkəcəyini söyləyib:

- Bizim evdə 3-4 saat oldu. Eynullaya gələn 80-100 min məktublara baxdı, məndən müsahibə götürdü.

ÖZLƏRİNİ GÜLÜNC VƏZİYYƏTDƏ QOYUBLAR

Borgenin çəkdiyi filmləri izləyən hüquqşünas İntiqam Əliyevin fikrincə, yaddaş kartını pozmaqla filmi əngəlləmək istəyənlər özlərini gülünc vəziyyətdə qoyublar:

- Jurnalistin əşyalarının yoxlanması, əşyalara qeyri-qanuni müdaxilə yolverilməzdir. Hakimiyyət nümayəndələri başa düşmürlər ki, indiki texniki imkanlar şəraitində jurnalist öz materialını müxtəlif vasitələrlə ölkəsinə göndərə bilər. Özümüzü dünya qarşısında gülünc vəziyyətdə qoymalı deyilik.

İntiqam Əliyev deyir ki, norveçli jurnalistin Azərbaycanda gördüyü işlər çox önəmlidir. O, təəssüf edir ki, Azərbaycan hakimiyyəti yerli media nümayəndələriylə əməkdaşlıq etmədikləri kimi xarici jurnalistlərin də müsahibə götürmək cəhdlərinə cavab vermirlər. İntiqam Əliyevin fikrincə, ölkə hakimiyyəti bununla da tənqidə dözumsüzlüyünü bir daha göstərir.
XS
SM
MD
LG