Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:35

Səfurə yaşını pasportuyla sübut etməli oldu


Azərbaycanı builki «Eurovision» mahnı yarışmasında təmsil edəcək Səfurə Skandinaviyanın ən böyük internet portallarından vgtv.no saytına verdiyi müsahibədə çox tərləməli olub. Səfurə onun yaşından şübhə edən jurnalistə pasportunu göstərib, 17 yaşı olmasını sübut etməli olub. Amma bolluca tərif də eşidib.

VİDEOYA BURADA BAX

SƏFURƏ NƏYİN HESABINA ŞANSLIDIR?

«Azərbaycan artıq qələbəni təmin edib», «Neft pulları və mafiya əlaqələri hesabına birinciliyi Səfurə qazanacaq». Bu kimi yazılara hələ də Şərqi Avropa və Skandinaviya portallarında rast gəlmək olur. Ən son olaraq Danimarkanın BT portalı Azərbaycan nümayəndə heyətinin artıq 2 milyon dollara yaxın pul xərcləməsindən danışır.

Amma digər tərəfdən, ümumilikdə İnternetdən görmək olar ki, Azərbaycanın «Eurovision»da qalib gələcəyinə inananlar da çoxdur. Serbiya, İsveç, Norveç, Britaniyadan olan internet resurslarda Azərbaycanın favoritlər arasında olması bildirilir.

Mayın 23-də «Eurovision» mahnı müsabiqəsinin rəsmi açılışı olub.



SƏFURƏYƏ PUL QOYANLAR ÇOXDUR

Bukmekerlər Azərbaycan təmsilçisinin qələbə şanslarını çox yüksək qiymətləndirir.

Ladbrokes.com saytında isə «Eurovision» yarışını kimin udacağıyla bağlı mərc gəlmək, pul qoymaq olar. Bu saytda Azərbaycan və Almaniyanın qələbə ehtimalı 1-in 1.36-ya qiymətləndirilir.

Ümumilikdə isə, Səfurənin yarışı udmasına pul qoyanlar 1-ə 2.7 götürə bilərlər. İkinci yerdəki Almaniya üçün pul qoyuluşu 1-in 4.5-ə nisbətində həyata keçirilir. Burda üçüncülüyə İsraili, dördüncülüyə isə Ermənistanı namizəd göstərirlər.

AYAQYALIN SƏFURƏNİ DAHA ÇOX BƏYƏNİBLƏR


Həqiqətdə yarışı kimin udacağını öyrənməyə isə lap az qaldı. Mayın 25-i ilk yarım-final keçiriləcək. Azərbaycan təmsilçisi isə mayın 27-də səhnəyə çıxacaq. Səfurə artıq iki dəfə bu səhnədə məşq edib və ikinci məşqinin daha yaxşı təsir bağışladığını yazırlar. İlk məşqdən fərqli olaraq bu dəfə Səfurənin çətin yeridiyi hündürdaban ayaqqabılar yerinə ümumiyyətlə, ayaqyalın olması diqqəti çəkib.

Səfurə Əlizadənin ikinci məşqi



Səfurə Əlizadənin məşqindən görüntülər



«Eurovision»un finalı isə mayın 29-u keçiriləcək. Hər yarımfinalda ən yaxşı nəticə göstərən 10 ifaçı finalda yarışacaq və qalib ölkə növbəti il mahnı müsabiqəsini öz evində təşkil etmək haqqı qazanacaq.

«EUROVISION» HAQDA BÜTÜN YAZILAR BURADA
XS
SM
MD
LG