Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:34

«Eurovision» qaydaları bu il sərtləşdirilib


Səfurə Əlizadə
«Bu il «Eurovision»da qaydalar əvvəlki illərə nisbətən bir qədər sərtdir, bu qaydalara ciddi riayət olunmalıdır. Bu, bizim vəziyyəti bir qədər də çətinləşdirir. Təbii ki, biz maksimum çalışırıq Səfurəni bu qaydaların ciddi basqısından mühafizə edək. Yəni, bu, ona psixoloji təzyiq yaratmasın. Səfurənin həm psixoloji, həm də fiziki durumu çıxış qabağı çox yüksəkdir».

Bunu AzadlıqRadiosuna Azərbaycanın «Eurovision 2010» müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirir.

«İTV-nin şöbə rəhbəri Tahir Məmmədli demişdi ki, Səfurənin çıxışında hansısa sürprizlər ola bilər. Sürprizlər varmı» sualına Adil Kərimli belə cavab verib:

«Sürprizlər geyimlə, səhnənin dekorasiyası ilə bağlı idi. Bu yeniliklər açıqlanmırdı. Biz bunu sürpriz kimi təqdim edirdik. Bu gecə biz onları nümayiş etdirəcəyik. Düzdür, siz bunları məşqlərdə də izləmisiniz. Amma bir neçə düzəlişlər olub»...

Bu müsahibənin səs yazısını burada dinləmək olar



Səfurə Əlizadə «Telenor Arena»nın səhnəsinə sıraca 7-ci çıxacaq. Yarımfinalda iştirak edən 17 ölkə nümayəndəsindən yalnız 10-u yarışı davam etdirəcək.

Yarımfinalın iştirakçıları:

1. Litva
2. Ermənistan
3. İsrail
4. Danimarka
5. İsveçrə
6. İsveç
7. Azərbaycan
8. Ukrayna
9. Hollandiya
10. Rumıniya
11. Sloveniya
12. İrlandiya
13. Bolqarıstan
14. Kipr
15. Xorvatiya
16. Gürcüstan
17. Türkiyə

5 ölkənin nümayəndəsinə birbaşa finala vəsiqə verilib. Bunlar müsabiqəni keçirən Norveç, habelə Böyük Britaniya, Almaniya, Fransa İspaniyadır.

Bundan başqa, birinci yarımfinaldan Moldova, Rusiya, Serbiya, Bosniya-Herseqovina, Belçika, Albaniya, Yunanıstan, Portuqaliya, Belarus İslandiya finala vəsiqə qazanıblar.

Estoniya, Slovakiya, Finlandiya, Latviya, Polşa, MaltaMakedoniya isə finaldan kənar qalıblar.
XS
SM
MD
LG