Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:31

«Bu təpkini İsrail qaldıra bilməyəcək»


Reha Yılmaz
Reha Yılmaz
«İsrailin Türkiyəyə qarşı bu addımı dövlət terrorudur»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Türkiyə Çankırı Universitetinin professoru Reha Yılmaz söyləyib.

İsrail ordusu Qəzza sektoruna humanitar yardım aparan Türkiyə gəmilərinə hücum edib.

R.Yılmaz deyib ki, bu addımdan sonra İsrailin dünya qarşısında problemləri necə həll edəcəyi sual altındadır. O, düşünür ki, bir çox ölkələr, o cümlədən Azərbaycan tədbirli şəkildə beynəlxalq səviyyədə etirazını bildirməlidir:

«Bu təpkini İsrail qaldıra bilməyəcək».

Politoloq Rasim Musabəyov isə deyib ki, İsrail etirazını elə şəkildə etməliydi ki, bu, qanlı faciələrə gətirib çıxarmasın. Politoloq bildirib ki, bu hadisəyə bütün dünya, o cümlədən Avropa ölkələri sərt reaksiya verəcəklər:

«Düsünmürəm ki, dünya bunu qəbul etsin».

Rasim Musabəyov deyib ki, gərginlik davam edərsə ən çox zərər çəkən ölkə İsrail olacaq.


/Hazırladı: Kamran Mahmudov/

NƏZƏR YETİR

«HUMANİTAR DONANMA»YA HÜCUM
XS
SM
MD
LG